Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əz-Zuha surəsi" üzrə
11 ayə tapıldı.
(1 - 11 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əz-Zuha surəsi
Ayə 1
And olsun günəşin doğmasına və aydın gündüzə.
Əz-Zuha surəsi
Ayə 2
And olsun sakitləşməkdə və (hər yeri) bürüməkdə olan gecəyə ki,
Əz-Zuha surəsi
Ayə 3
(Ya Muhəmməd), Rəbbin səni tərk etməmiş və (sənə) acığı tutmayıb.
Əz-Zuha surəsi
Ayə 4
Və şübhəsiz, axirət sənin üçün dünyadan daha xeyirlidir.
Əz-Zuha surəsi
Ayə 5
Həqiqətən, Rəbbin tezliklə sənə (o qədər) əta edər ki, (Ondan) razı qalarsan.
Əz-Zuha surəsi
Ayə 6
Məgər (O) səni yetim ikən tapıb, sığınacaq və pənah vermədimi?! (Və məgər səni zəmanəndə yeganə və tək tapıb bütün aləmi ətrafında cəm etmədimi?)
Əz-Zuha surəsi
Ayə 7
Və səni (din mərifətlərindən) xəbərsiz tapıb, (vəhy vasitəsilə) yol göstərdi.
Əz-Zuha surəsi
Ayə 8
Və səni fəqir və ehtiyac (içində) tapıb, ehtiyacsız etdi.
Əz-Zuha surəsi
Ayə 9
Belə isə əsla yetimi alçaltma və qovma!
Əz-Zuha surəsi
Ayə 10
Və dilənçini (də) acıqla qovma.
Əz-Zuha surəsi
Ayə 11
Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qur’ana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən).