Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əz-Zariyat surəsi" üzrə 60 ayə tapıldı. (1 - 20 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əz-Zariyat surəsi

Ayə 1
And olsun buludları dağıdan, toz-torpağı qaldıran, bitkiləri və ağacları mayalandıran küləklərə! And olsun insan nəslini yer üzündə yayan əməlisaleh qadınlara! Necə də maraqlı və bərəkətli bir yayım!

Əz-Zariyat surəsi

Ayə 2
(And olsun) buludlarla yüklənmiş küləklərə, yağışla yüklənmiş buludlara və ikicanlı dişilərə,

Əz-Zariyat surəsi

Ayə 3
(and olsun) asanlıqla üzən gəmilərə, yüngül əsən yellərə və sakit hərəkətdə olan ulduzlara.

Əz-Zariyat surəsi

Ayə 4
(and olsun) bulud və yağışları bölüşdürən küləklərə, döllərə ruhlar, canlılara həyat, beyinlərə elm və ruzi yeyənlərə ruzi paylayan mələklərə,

Əz-Zariyat surəsi

Ayə 5
həqiqətən sizə (ölümdən sonrakı vəziyyət barəsində) vəd edilən şey doğrudur.

Əz-Zariyat surəsi

Ayə 6
Şübhəsiz, cəza (günü) olacaq və gerçəkləşəcəkdir.

Əz-Zariyat surəsi

Ayə 7
And olsun zinətli və gözəl görünüşlü göyə, mütənasib yaradılışa və mələklərin müxtəlif qalxma və enmə yollarına

Əz-Zariyat surəsi

Ayə 8
ki, həqiqətən (siz Məkkə əhlinin Peyğəmbər və onun Qur’anı barəsində) sözləriniz müxtəlif və fərqlidir. (Peyğəmbər və Qur’an barəsində «o sehrbaz və bu sehrdir; o kahin, bu isə cin və şeytanın sözləridir; o şair, bu isə şerdir; o öyrədilmiş, bu isə keçmişlərin əfsanələridir» deyirsiniz.)

Əz-Zariyat surəsi

Ayə 9
Ondan (Peyğəmbərdən və onun Qur’anından bütün xeyir və səadətlərdən) dönən kimsə dönər. (Yaxud: Bu Peyğəmbərdən və Qur’andan Allahın əzəli elmində səadətdən məhrum olan şəxs döndərilər.)

Əz-Zariyat surəsi

Ayə 10
Ölüm olsun (Peyğəmbər, Qur’an və məad barəsində iftira söyləyən) yalançılara!

Əz-Zariyat surəsi

Ayə 11
(Nadanlıq) burulğan(ın)da (dinin həqiqətlərindən) qafil olanlara!

Əz-Zariyat surəsi

Ayə 12
Onlar «cəza günü nə vaxtdır?» (deyə) soruşurlar.

Əz-Zariyat surəsi

Ayə 13
Onların odun içində əzab verilib yanacaqları gün!

Əz-Zariyat surəsi

Ayə 14
(Onlara belə deyiləcək:) «(Günahlarınızın müqabilində verilən və ya elə günahın təzahürü olan) əzabınızı dadın. Bu sizin (gəlişi üçün) tələsdiyiniz şeydir.»

Əz-Zariyat surəsi

Ayə 15
Şübhəsiz, təqvalılar bağlarda və bulaqların başındadırlar.

Əz-Zariyat surəsi

Ayə 16
Rəbblərinin onlara əta etdiyi (axirət nemətləri)ni alarlar. Çünki onlar bundan öncə (dünyada) yaxşı idilər və yaxşı işlər görürdülər.

Əz-Zariyat surəsi

Ayə 17
Onlar gecənin az bir hissəsini yatırdılar.

Əz-Zariyat surəsi

Ayə 18
Və səhərlər (Allahdan) bağışlanma diləyirdilər.

Əz-Zariyat surəsi

Ayə 19
Və onların mallarında əl açanlar və məhrumlar üçün (Allahın bəyəndiyi və özləri tərəfindən müəyyənləşdirilmiş) bir haqq var idi.

Əz-Zariyat surəsi

Ayə 20
Yer üzündə (onun böyüklüyü, həcmi, hərəkəti, səthinin vəziyyəti, mədənləri və dağlarında) yəqini olanlar üçün (Allahın tovhid, qüdrət, hikmət və mərhəmətinə dəlalət edən) nişanələr vardır.
114 Sürə
6236 Ayə
60 Tapılan Nəticə
3 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar