Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Ət-Tin surəsi" üzrə 8 ayə tapıldı. (1 - 8 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Ət-Tin surəsi

Ayə 1
And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına (və ya Dəməşqdə və Beytül – Müqəddəsdə olan iki dağa – «Tin» və «Zeytun» dağlarına).

Ət-Tin surəsi

Ayə 2
Və and olsun Sina dağına (Allah Musa ilə orada danışmış və Tövratı üç gün dalbadal ayaq üstə qalan Musanın qulağına çatdırmış, onun qəlbinə nazil etmişdi).

Ət-Tin surəsi

Ayə 3
Və and olsun bu əmin-amanlıq (olan) şəhərə (şəriət baxımından toxunulmaz olan Məkkeyi – Müəzzəməyə) ki,

Ət-Tin surəsi

Ayə 4
Həqiqətən, Biz insanı(n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düzgün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik).

Ət-Tin surəsi

Ayə 5
Sonra isə onu rəzillərin ən aşağı dərəcəsinə qaytardıq (maddi cəhətdən cismi və fikri zəiflik halında, mənəvi cəhətdən – bütün dəlillər təqdim edilib tamamlandıqdan sonra – cəhl və bədbəxtlik halında buraxarıq).

Ət-Tin surəsi

Ayə 6
Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa. Onlar üçün minnətsiz və saysız – hesabsız bir mükafat vardır.

Ət-Tin surəsi

Ayə 7
Belə isə (ey insan), bundan sonra səni cəza (gününü) təkzib etməyə vadar edən nədir?!

Ət-Tin surəsi

Ayə 8
Məgər Allah hökm edənlərin, hakimlərin ən yaxşısı deyilmi?
114 Sürə
6236 Ayə
8 Tapılan Nəticə
1 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar