Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Ət-Tariq surəsi" üzrə 17 ayə tapıldı. (1 - 17 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Ət-Tariq surəsi

Ayə 1
And olsun göyə və gecə gələnə!

Ət-Tariq surəsi

Ayə 2
Sən nə bilirsən o, gecə gələn nədir?!

Ət-Tariq surəsi

Ayə 3
O, (nuru qaranlıqları) yaran parlaq bir ulduzdur.

Ət-Tariq surəsi

Ayə 4
(Bütün bunlara and olsun) elə bir kəs yoxdur ki, onun (və əməllərinin) üzərində (əqidə və əməllərini səhifələrdə yazmaqla onu dünyada hadisələrdən saxlayan və Bərzəxdə və Qiyamətdə – əbədi mənzilin sərhədinə yetişənəcən onu qoruyan bir şəxsdən, ya bir dəstədən ibarət olan) bir gözətçi olmasın!

Ət-Tariq surəsi

Ayə 5
Elə isə, insan baxmalıdır ki, nədən yaradılmışdır.

Ət-Tariq surəsi

Ayə 6
O, sıçrayan bir sudan (kişi və qadın nütfəsinin qatışığından) yaradılmışdır.

Ət-Tariq surəsi

Ayə 7
O, (su kişinin) belindən və (qadının) sinə sümüyünün arasından çıxır.

Ət-Tariq surəsi

Ayə 8
Şübhəsiz ki, O (yaradan Allah) onu (insanı ölümdən sonra həyata) qaytarmağa da qadirdir.

Ət-Tariq surəsi

Ayə 9
Gizlin sirlərin aşkar olacaqı (beyinlərin imanı və küfrü, nəfslərin fəzilətləri və rəzilətləri, qəlblərin sirləri və əməllərin gizliləri meydana çıxacağı) gün

Ət-Tariq surəsi

Ayə 10
(O gün, İlahi əzabının müqabilində) onun nə bir gücü, nə də bir köməkçisi olar.

Ət-Tariq surəsi

Ayə 11
And olsun dönüşü olan göyə! (Buxarlar göyə qalxdıqdan sonra yağış şəklində qayıdırlar və ulduzları qürub etdikdən sonra şərq tərəfdən geri qayıdırlar.)

Ət-Tariq surəsi

Ayə 12
And olsun (bulaqların qaynaması, bitkilərin bitməsi və Qiyamət günü qoynundakıları çölə tökmək üçün) yarıqları olan yerə ki,

Ət-Tariq surəsi

Ayə 13
Qur’an şübhəsiz, (haqla batili) ayıran qəti bir kəlamdır!

Ət-Tariq surəsi

Ayə 14
Və əsla boş bir söz və zarafat deyildir!

Ət-Tariq surəsi

Ayə 15
Əlbəttə, onlar daim hiylə və məkr işlədirlər.

Ət-Tariq surəsi

Ayə 16
Və mən də (hiylələrinin müqabilində) bir tədbir tökərəm.

Ət-Tariq surəsi

Ayə 17
Belə isə, (ya Peyğəmbər!) kafirlərə möhlət ver və onları bir az öz başlarına burax (bir müddət mücadilə, mübarizə və intiqama başlama).
114 Sürə
6236 Ayə
17 Tapılan Nəticə
1 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar