Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Ət-Təkasur surəsi" üzrə
8 ayə tapıldı.
(1 - 8 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Ət-Təkasur surəsi
Ayə 1
(Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir – birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı.
Ət-Təkasur surəsi
Ayə 2
O vaxta qədər ki, qəbristanlıqları ziyarət etdiniz (ölüb getdiniz. Ölüm anınıza kimi belə idiniz, yaxud fəxr etmək üçün qohumlarınızın qəbirlərini saymağa getdiniz).
Ət-Təkasur surəsi
Ayə 3
Belə deyildir. (Sizin güman etdiyiniz kimi deyildir. Siz güman edirsiniz ki, yalnız dünya üçün çalışmaq lazımdır), tezliklə (Bərzəx aləminə daxil olduğunuz zaman) biləcəksiniz.
Ət-Təkasur surəsi
Ayə 4
Əsla belə deyildir, tezliklə (Cəza günü) biləcəksiniz.
Ət-Təkasur surəsi
Ayə 5
Belə deyildir. Əgər (işin həqiqətini) elmül-yəqinlə (şəkk – şübhə ehtimalı olmayan bir elmlə) bilsəydiniz,
Ət-Təkasur surəsi
Ayə 6
Şübhəsiz, Cəhənnəmi (qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz).
Ət-Təkasur surəsi
Ayə 7
Sonra, şübhəsiz, onu (Cəza günü) eynül-yəqinlə (Cəhənnəmə daxil olub, orada yanmaqdan hasil olan tam bir yəqinliklə) görəcəksiniz.
Ət-Təkasur surəsi
Ayə 8
Sonra isə o gün, şübhəsiz, siz (dünyada Allahın) əta etdiyi nemətlər barəsində sorğu-sual olunacaqsınız.