Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əs-Səff ‏ surəsi" üzrə 14 ayə tapıldı. (1 - 14 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əs-Səff ‏ surəsi

Ayə 1
Göylərdə və yerdə olan hər bir şey Allahı (dil və hal ilə) zikr edir. O, yenilməz qüdrət sahibi, (yaradılış və şəriət mərhələsində) mətin və gözəl yaradandır.

Əs-Səff ‏ surəsi

Ayə 2
Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Niyə əməl etməyəcəyinizi bilə-bilə vəd verirsiniz?)

Əs-Səff ‏ surəsi

Ayə 3
Etməyəcəyiniz bir şeyi deməyiniz Allahın yanında çox mənfurdur.

Əs-Səff ‏ surəsi

Ayə 4
Şübhəsiz, Allah Onun yolunda poladdan divar kimi səf çəkib döyüşənləri sevər.

Əs-Səff ‏ surəsi

Ayə 5
Və (yada sal) o zamanı ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, axı Allahın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda məni niyə incidirsiniz?!» Onlar (haqdan) üz döndərdikdə, Allah da onların dönük qəlblilərini dönüklükdə buraxdı (ilahi lütflərini onlardan kəsdi) və Allah fasiq qövmü doğru yola yönəltməz.

Əs-Səff ‏ surəsi

Ayə 6
Və (yada sal) o zamanı ki, Məryəm oğlu İsa dedi: «Ey İsrail övladları, şübhəsiz, mən özümdən öncə gələni – Tövratı – təsdiq edən və məndən sonra gələcək «Əhməd» adlı Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) müjdəsini verən sizə göndərilmiş Allah peyğəmbəriyəm». Amma o, (Əhməd – səlləllahu ələyhi və alihi və səlləm) gəldikdə və onlara aydın dəlillər gətirdikdə, dedilər: «Bu, açıq-aşkar bir sehrdir».

Əs-Səff ‏ surəsi

Ayə 7
İslama tərəf dəvət olunduğu halda (onu qəbul etməyərək və onu inkar eməklə) Allaha qarşı yalan uydurandan da daha zalım kim ola bilər?! Allah zalım qövmü hidayət etməz.

Əs-Səff ‏ surəsi

Ayə 8
Allahın nurunu öz ağızları ilə söndürmək (Peyğəmbərin dəvətini, onun dinini və kitabını təkzib və iftira ilə batil etmək) istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır.

Əs-Səff ‏ surəsi

Ayə 9
Müşriklərin xoşuna gəlməsə belə, onu (səmavi şəriətlərdən ibarət olan) bütün dinlərdən üstün etmək üçün Öz Rəsulunu hidayət (vasitələri) və haqq olan dinlə göndərən Odur.

Əs-Səff ‏ surəsi

Ayə 10
Ey iman gətirənlər, sizə elə bir ticarət (yolu) göstərimmi ki, sizi ağrılı əzabdan qurtarsın?.

Əs-Səff ‏ surəsi

Ayə 11
Allah və Onun Rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir.

Əs-Səff ‏ surəsi

Ayə 12
(Əgər belə etsəniz,) Allah günahlarınızı bağışlar, sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə, bağlara və əbədi (Ədn) Cənnətlərindəki pak və xoşagələn məskənlərə daxil edər. Budur böyük səadət.

Əs-Səff ‏ surəsi

Ayə 13
Və sevdiyiniz başqa bir nemət(i də sizə verər və bu nemət) Allah tərəfindən (məntiq əsasında və dəlil-sübutla tarix boyunca bütün millətlərə) bir kömək və (Məkkənin fəthində və başqa işlərdə) yaxın bir qələbədir. (Ey Peyğəmbər,) möminlərə müjdə ver.

Əs-Səff ‏ surəsi

Ayə 14
Ey iman gətirənlər, Allahın köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa Həvarilərə (qəlbləri işıqlı, ağ paltarlı öz etibarlı şagirdlərinə) dedi: «Allah yolunda mənim köməkçilərim kimdir?» Həvarilər dedilər: «Bizik Allahın köməkçiləri». Amma İsrail övladlarından bir dəstə iman gətirdi və bir dəstə kafir oldu. Biz də iman gətirənlərə düşmənləri üzərində (dəlil-sübutda və döyüş qüvvəsində üstün etməklə) kömək etdik, beləliklə də onlar qalib gəldilər.
114 Sürə
6236 Ayə
14 Tapılan Nəticə
1 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar