Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Ər-Rəhman surəsi " üzrə 78 ayə tapıldı. (1 - 20 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Ər-Rəhman surəsi

Ayə 1
Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah! (Onun nemətlərinin bəziləri ibarətdir:)

Ər-Rəhman surəsi

Ayə 2
(Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Qur'anı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi.

Ər-Rəhman surəsi

Ayə 3
(Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı.

Ər-Rəhman surəsi

Ayə 4
Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi).

Ər-Rəhman surəsi

Ayə 5
Günəş və ay müəyyən hesab ilə (günəş sabit düz hərəkətlə, ay isə yerin ətrafına dövr etmək və günəşin ətrafına fırlanmaq vasitəsi ilə) hərəkətdədirlər.

Ər-Rəhman surəsi

Ayə 6
Ot və ağac (yaradılışı ilə Allah qarşısında) səcdə edir.

Ər-Rəhman surəsi

Ayə 7
Göyü ucaltdı və (əqidə, əxlaq, əməl və xarici aləmdəki şeylərin hər birinin özünə münasib şəkildə ölçülməsi vasitəsi olan) qanun və mizanı qoydu (peyğəmbərlər vasitəsi ilə və insanların ağıllarına ilham etməklə öyrətdi).

Ər-Rəhman surəsi

Ayə 8
(Və əmr etdi) ki, ölçüdə (əməllərin yaxşı və pis cəhətlərinin və əşyaların kəmiyyət və keyfiyyətinin ölçülməsində) həddi aşmayasınız.

Ər-Rəhman surəsi

Ayə 9
Və çəkini ədalətlə icra edəsiniz və tərəzini (çəkdiyiniz malı) əskiltməyəsiniz.

Ər-Rəhman surəsi

Ayə 10
Və bu yeri yaradılmışların (insan və cinlərin, onda olan canlıların) hamısı üçün yaratdı.

Ər-Rəhman surəsi

Ayə 11
Onda hər növ meyvə və tumurcuqlu salxımları olan xurma ağacı vardır.

Ər-Rəhman surəsi

Ayə 12
Həmçinin gövdəli-yarpaqlı dənli bitkilər və ətirli bitkilər.

Ər-Rəhman surəsi

Ayə 13
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

Ər-Rəhman surəsi

Ayə 14
(İlk) insanı (Adəm və Həvvanı yerin üfunətli qatından götürülmüş) saxsı kimi quru gildən yaratdı.

Ər-Rəhman surəsi

Ayə 15
Və cini (yaxud cinlərin əcdadını) odun ağ, qırmızı, qara şöləsindən yaratdı.

Ər-Rəhman surəsi

Ayə 16
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

Ər-Rəhman surəsi

Ayə 17
İki şərqin və iki qərbin Rəbbidir.

Ər-Rəhman surəsi

Ayə 18
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

Ər-Rəhman surəsi

Ayə 19
Bir-birinə qovuşan iki dənizi bir-birinə qarışdırdı (şirin sulu axar çaylar dəniz kimi, suyu şor hərəkətsiz dənizlərə qovuşurlar).

Ər-Rəhman surəsi

Ayə 20
(Qovuşma yerində) onların ikisinin arasında (geniş bir ərazini əhatə edən) məsafə vardır ki, (təsir baxımından) bir-birini üstələmirlər. [Yaxud: Yer üzündə olan şirin suların hamısı dənizin şor suyundan gəlib və bir daha ora qayıdacaqdır. Lakin onlar Allahın qüdrəti ilə bir-birinə təsir göstərmirlər.]
114 Sürə
6236 Ayə
78 Tapılan Nəticə
4 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar