Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Ən-Naziat surəsi" üzrə
46 ayə tapıldı.
(1 - 20 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Ən-Naziat surəsi
Ayə 1
And olsun kafirlərin canlarını şiddətlə (bədənlərindən) çəkib çıxaran mələklərə,
Ən-Naziat surəsi
Ayə 2
(And olsun) möminlərin canlarını yumşaqlıqla və rahatlıqla alan mələklərə və şərqdən aramla çıxan (və qərb tərəfə gedən) ulduzlara,
Ən-Naziat surəsi
Ayə 3
(And olsun) insanların ruhlarını aldıqdan sonra sürətlə Bərzəx Cənnətinə, ya Cəhənnəminə aparan mələklərə,
Ən-Naziat surəsi
Ayə 4
(And olsun) Allahın əmrlərini yerinə yetirməkdə bir-birlərini ötən mələklərə və (and olsun) haqq yolunda döyüşənlərin bir-birlərini qabaqlayan atlarına,
Ən-Naziat surəsi
Ayə 5
(And olsun) dünyanın işlərini idarə edən mələklərə (aləm onların Allah iradəsinin inikası olan iradələri ilə idarə olunar). (Bu beş andda məqsəd budur ki, siz hamınız diriləcəksiniz).
Ən-Naziat surəsi
Ayə 6
O gün o titrədən (surun birinci dəfə üfürülməsi bütün kainatı) şiddətlə titrədəcək (sükunət halında olan cisimlərin hamısı titrəyəcək və bütün canlılar öləcəklər).
Ən-Naziat surəsi
Ayə 7
Başqa bir titrədən (surun ikinci dəfə üfürülüşü) onun ardınca (Allahdan başqa heç kimin bilmədiyi bir fasilə ilə) gələcəkdir (və bütün ölüləri dirildəcəkdir).
Ən-Naziat surəsi
Ayə 8
O gün ürəklər bərk iztirab və qorxu (içində) olar.
Ən-Naziat surəsi
Ayə 9
Gözləri zəlilcəsinə yerə dikilər.
Ən-Naziat surəsi
Ayə 10
(O kəslər ki, bu gün) deyirlər: «Məgər biz (öldükdən sonra yenidən həyatımızın) əvvəl(ində)ki vəziyyətimizə qaytarılacagıq?!»
Ən-Naziat surəsi
Ayə 11
«(Özü də) çürümüş parça-parça sümüklər olduğumuz zamanmı?!»
Ən-Naziat surəsi
Ayə 12
(Onlar) deyirlər: «Elə isə bu, ziyanlı bir dönüşdür!»
Ən-Naziat surəsi
Ayə 13
Həqiqətən, o (dönüş) yalnız bir nə’rə(nin surun ikinci dəfə üfürülməsilə)dir.
Ən-Naziat surəsi
Ayə 14
Qəfildən onların hamısı dümdüz, boş bir yerdə olacaqlar.
Ən-Naziat surəsi
Ayə 15
Musanın hekayəti sənə gəlib çatdımı?
Ən-Naziat surəsi
Ayə 16
O zaman Rəbbi onu müqəddəs «Tuva» vadisində səslədi:
Ən-Naziat surəsi
Ayə 17
«Fironun yanına get! Çünki o tüğyan etmişdir.»
Ən-Naziat surəsi
Ayə 18
Və de: «(Küfr və tüğyandan) təmizlənmək istəyirsənmi?
Ən-Naziat surəsi
Ayə 19
Səni Rəbbinə tərəf hidayət edimmi ki, Ondan qorxasan?»
Ən-Naziat surəsi
Ayə 20
Beləliklə, (tovhid və öz peyğəmbərliyi barədə olan) o çox böyük nişanəni (müxtəlif hallara düşən əsanı) ona göstərdi.