Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Vaqiə surəsi" üzrə
96 ayə tapıldı.
(1 - 20 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Vaqiə surəsi
Ayə 1
Həmin hadisənin (Qiyamətin) baş verəcəyi zaman.
Əl-Vaqiə surəsi
Ayə 2
Onun baş verməsində yalan yoxdur və kiminsə onu yalan sayması layiq(li iş) deyil.
Əl-Vaqiə surəsi
Ayə 3
Alçaldan və ucaldandır. (Yaradılış aləmini alt-üst edən, sonra küfr və itaətsizlik əhlini alçaldan, təqva və iman əhlini ucaldandır.)
Əl-Vaqiə surəsi
Ayə 4
Bu yerin (həmin titrəyiş ilə) möhkəm titrəyəcəyi zaman!
Əl-Vaqiə surəsi
Ayə 5
Dağlar möhkəm dolandırılacaq və parçalanacaqdır.
Əl-Vaqiə surəsi
Ayə 6
Beləliklə dağınıq toz halına düşəcəkdir.
Əl-Vaqiə surəsi
Ayə 7
Və siz üç dəstəyə bölünəcəksiniz.
Əl-Vaqiə surəsi
Ayə 8
(Birinci dəstə) sağ tərəf əhli! Nədir sağ tərəf əhli? (Səadət və xoşbəxtlik təcəssümü.)
Əl-Vaqiə surəsi
Ayə 9
(İkinci dəstə) sol tərəf əhli! Nədir sol tərəf əhli? (Şər və bədbəxtlik təcəssümü.)
Əl-Vaqiə surəsi
Ayə 10
(Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar!
Əl-Vaqiə surəsi
Ayə 11
Onlar (Allahın dərgahına) yaxın olanlardır.
Əl-Vaqiə surəsi
Ayə 12
(Onlar) nemət dolu cənnət və bağlarda olacaqlar.
Əl-Vaqiə surəsi
Ayə 13
Böyük bir dəstə keçmişlərdən (keçmiş məsumlardan).
Əl-Vaqiə surəsi
Ayə 14
Bir azı (da) sonrakılardan (son ümmətin məsumlarından).
Əl-Vaqiə surəsi
Ayə 15
(Qızıldan) toxunmuş (daş-qaşla bəzədilmiş və bir sıraya düzülmüş) taxtlar üzərində.
Əl-Vaqiə surəsi
Ayə 16
Onlara söykənmiş halda bir-biri ilə qarşı-qarşıya.
Əl-Vaqiə surəsi
Ayə 17
Onların dövrəsində (təravət və cavanlığı) həmişəlik olan və qolbağı taxmış oğlanlar dolanacaqlar.
Əl-Vaqiə surəsi
Ayə 18
(Çeşmədən) axan şərab kuzələri, bardaqları və piyalələri ilə!
Əl-Vaqiə surəsi
Ayə 19
Ondan (o şərabdan) nə başları ağrıyar, nə də ağıllarını itirərlər.
Əl-Vaqiə surəsi
Ayə 20
Və seçdikləri meyvələrlə.