Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əl-Qiyamə surəsi" üzrə 40 ayə tapıldı. (1 - 20 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Qiyamə surəsi

Ayə 1
And içirəm Qiyamət gününə.

Əl-Qiyamə surəsi

Ayə 2
Və and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və Allaha asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır).

Əl-Qiyamə surəsi

Ayə 3
Yoxsa insan belə güman edir ki, Biz əsla onun sümüklərini (öldükdən sonra torpaqların arasından) bir yerə yığa bilməyəcəyik?

Əl-Qiyamə surəsi

Ayə 4
Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik.

Əl-Qiyamə surəsi

Ayə 5
(Onun inkar etməyi yalnız Qiyamət barəsində şəkk etdiyinə görə deyildir) əslində insan istəyir ki, (ömrü) irəlilədikcə günah etsin.

Əl-Qiyamə surəsi

Ayə 6
Soruşur ki: «Qiyamət günü nə vaxtdır?»

Əl-Qiyamə surəsi

Ayə 7
Göz (ölümün çətinliyindən, yaxud da Məhşərin dəhşətindən) donub qalacağı və bərələcəyi;

Əl-Qiyamə surəsi

Ayə 8
Ayın nurunun sönəcəyi;

Əl-Qiyamə surəsi

Ayə 9
Və günəşlə ayın (nurun yox olmasında, yaxud yerə və ya kainata yaxınlıqda) birləşəcəyi zaman

Əl-Qiyamə surəsi

Ayə 10
Məhz o gün insan: «Qaçıb qurtulmaq üçün yer haradadır?» – deyəcəkdir.

Əl-Qiyamə surəsi

Ayə 11
Xeyr, (o gün) heç bir sığınacaq yeri olmayacaq.

Əl-Qiyamə surəsi

Ayə 12
O gün (bütün varlıqların yaradılışın əvvəlindən üz tutduqları) son qərargah yalnız sənin Rəbbinin tərəfinədir (dərəcələrinin müxtəlifliyinə uyğun olaraq Cənnətdə, yaxud Cəhənnəmdə əbədi yerləşərlər).

Əl-Qiyamə surəsi

Ayə 13
O gün insana öncədən göndərdiyi (dünyada etdiyi) və təxirə saldığı (etmədiyi) şeyi (yaxud dünyada etdiyi xeyir və şər işləri və ya özündən sonra adət kimi qoyub getdiyi yaxşı və pis işlər barəsində) xəbər veriləcəkdir.

Əl-Qiyamə surəsi

Ayə 14
(Xəbər verməyə heç ehtiyac da yoxdur,) əslində insan öz nəfsini görəndir.

Əl-Qiyamə surəsi

Ayə 15
Baxmayaraq ki, (zahirdə) hər cür üzrxahlıq edər.

Əl-Qiyamə surəsi

Ayə 16
(Qur’an nazil olan zaman) onu oxumağa tələsərək dilini onunla birgə hərəkət etdirmə (vəhy tamam olmamışdan öncə oxumağa başlama, yaxud sənin qəlbində əmanət olaraq qoyduğumuz Qur’anın məcmuəsindən surələri, ya ayələri, ümumiyyətlə heç nəyi– vaxtı yetişməzdən öncə – dilinə gətirmə).

Əl-Qiyamə surəsi

Ayə 17
Şübhəsiz, onu (sənin qəlbində) cəm etmək, onu (sənə) oxumaq (və sənin camaata oxumağın) Bizim öhdəmizdədir.

Əl-Qiyamə surəsi

Ayə 18
Onu oxuduğumuz zaman onun oxunuşuna tabe ol.

Əl-Qiyamə surəsi

Ayə 19
Sonra onu(n həqiqətlərini və sirlərini) bəyan etmək də Bizim öhdəmizdədir.

Əl-Qiyamə surəsi

Ayə 20
Belə deyildir (axirəti inkar etməyiniz ona şəkk etdiyinizə görə deyil,) əslində siz bu tez keçib – gedən dünyanı sevirsiniz.
114 Sürə
6236 Ayə
40 Tapılan Nəticə
2 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar