Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Qəmər surəsi" üzrə
55 ayə tapıldı.
(1 - 20 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Qəmər surəsi
Ayə 1
Qiyamət çox yaxınlaşdı və ay parçalandı.
Əl-Qəmər surəsi
Ayə 2
Onlar (müşriklər) bir əlamət və möcüzə görəndə üzlərini döndərərək «(bu şəxsin həmişə etdiyi) daimi bir sehrdir» deyərlər.
Əl-Qəmər surəsi
Ayə 3
Və (səni və sənin Qur'anını) təkzib edərək nəfsi istəklərinin arxasınca getdilər. Halbuki hər bir iş (onsuz da haqq və ya batil kürsüsündə) qərar tutacaqdır. (Buna görə də Peyğəmbərin və Bizim kitabımızın doğruçuluğu hamıya məlum olacaqdır.)
Əl-Qəmər surəsi
Ayə 4
Şübhəsiz, (keçmiş ümmətlərin) xəbərlər(in)dən onlara öyüd-nəsihət və (günahlardan) çəkinmək vasitəsi olacaq miqdarı gəlmişdir.
Əl-Qəmər surəsi
Ayə 5
(Bu Qur'an) tam və dolğun hikmətli kəlamdır. Lakin qorxutmaların onlara (müşriklərə) bir faydası yoxdur.
Əl-Qəmər surəsi
Ayə 6
Buna görə də onlardan üz döndər (və onlarla mübahisə etmə), Carçının qorxunc bir şeyə tərəf dəvət edəcəyi (İsrafilin üçüncü suru çalmaqla hesaba çağıracağı) günü (gözlə).
Əl-Qəmər surəsi
Ayə 7
(İkinci surun çalınması ilə onlar) gözləri qorxu və zillətlə dolmuş halda dağınıq çəyirtgələr kimi qəbirlərdən çıxarlar.
Əl-Qəmər surəsi
Ayə 8
Onlar boyunları uzanmış və gözləri bərəlmiş halda tələsik və qorxu ilə carçıya (İsrafilə və üçüncü sura) tərəf gedərlər. Kafirlər «bu çox çətin bir gündür» deyərlər.
Əl-Qəmər surəsi
Ayə 9
Onlardan qabaq Nuhun qövmü (də öz peyğəmbərlərini) təkzib etmişdi. Bizim bəndəmizi (Nuhu) yalançı adlandıraraq «cin vurmuş bir dəlidir» demişdilər və (o, bu töhmətlə onların arasından) qovulmuşdu.
Əl-Qəmər surəsi
Ayə 10
O öz Rəbbini çağırdı ki: «Mən məğlub olmuşam, buna görə də (düşmənlərimdən) intiqam al!»
Əl-Qəmər surəsi
Ayə 11
Biz də çox şiddətlə axan bir su ilə göyün qapılarını açdıq.
Əl-Qəmər surəsi
Ayə 12
Və çeşmələr(in qaynaması) ilə yeri yardıq. Beləliklə (bu iki) su (əvvəlcədən) müəyyən edildiyi şəkildə bir-birinə qarışdı.
Əl-Qəmər surəsi
Ayə 13
Və onu (Musanı) taxta və mismarları olana (gəmiyə) mindirdik.
Əl-Qəmər surəsi
Ayə 14
O (gəmi öz qövmünün) inkar və nankorluğ(un)a düçar olmuş kəsin mükafatı olaraq Bizim nəzərimiz və müxtəlif himayələrimiz altında hərəkət edirdi.
Əl-Qəmər surəsi
Ayə 15
Həqiqətən Biz onu (həmin hadisə və gəmini Öz qüdrət və qəzəbimizdən) bir nişanə qoyduq. Amma heç bir ibrət götürən varmı?
Əl-Qəmər surəsi
Ayə 16
Mənim əzabım, qorxudanlarım və təhdidlərim necə idi?!
Əl-Qəmər surəsi
Ayə 17
Həqiqətən Biz Qur'anı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?
Əl-Qəmər surəsi
Ayə 18
Ad qövmü də (öz peyğəmbərini) təkzib etdi. Mənim əzab və xəbərdarlıqlarım necə idi?!
Əl-Qəmər surəsi
Ayə 19
Biz nəhsliyi sürəkli olan bir gündə onlara soyuq bir külək göndərdik.
Əl-Qəmər surəsi
Ayə 20
O, insanları yerindən qoparılmış xurma gövdəsi kimi yerindən qoparır (və yerə çırpır)dı.