Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Muminun surəsi" üzrə
118 ayə tapıldı.
(1 - 20 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Muminun surəsi
Ayə 1
Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar).
Əl-Muminun surəsi
Ayə 2
O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar.
Əl-Muminun surəsi
Ayə 3
Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər.
Əl-Muminun surəsi
Ayə 4
Və o kəslər ki, zəkat verir və nəfslərini təmizləyirlər.
Əl-Muminun surəsi
Ayə 5
Və o kəslər ki, öz şəhvət qüvvələrini cilovlayırlar.
Əl-Muminun surəsi
Ayə 6
Öz zövcələrinə və kənizlərinə qarşı istisna olmaqla ki, onlar (zövcə və kənizləri ilə şəhvətlə davranmağa görə) qınanmazlar.
Əl-Muminun surəsi
Ayə 7
Odur ki, bundan (bu ikisindən) başqasını axtaranlar (bu ikisindən başqasından hər hansı cinsi ləzzət alanlar İslamın müəyyənləşdirdiyi) həddi aşanlardır.
Əl-Muminun surəsi
Ayə 8
Və o kəslər ki, özlərinin (xalqla və yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər.
Əl-Muminun surəsi
Ayə 9
Və o kəslər ki, namazlarını (tam və kamil olması baxımından) qoruyurlar.
Əl-Muminun surəsi
Ayə 10
Onlardır varislər!
Əl-Muminun surəsi
Ayə 11
Uca Cənnətə varis olanlar (şəxsi malları kimi Cənnətə mütləq və daimi sahib olanlar və ya kafirlərin Cənnət payına da varis çıxıb yiyələnənlər)! Onlar orada əbədidirlər.
Əl-Muminun surəsi
Ayə 12
Şübhəsiz, Biz insanı(n ulu baba və nənəsini) gilin cövhərindən (ruh üfürməklə və ona möcüzəvi şəkildə can verməklə) yaratdıq.
Əl-Muminun surəsi
Ayə 13
Sonra onu(n nəslini) nütfə (torpağın maddələrinin cövhəri) şəklində möhkəm bir yerə (ana bətninə) qoyduq.
Əl-Muminun surəsi
Ayə 14
Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra muzğəni (yumşaq) sümüklər etdik. Beləliklə sümüklərə ət (libası) geyindirdik. Sonra onu (inkişaf etmək qabiliyyəti olan həmin cismi ruh üfürməklə ağıl və elmə layiq) başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik. Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir!
Əl-Muminun surəsi
Ayə 15
Siz ondan (dünyaya gəlib yaşadıqdan) sonra mütləq öləcəksiniz.
Əl-Muminun surəsi
Ayə 16
Daha sonra siz şübhəsiz, Qiyamət günü (özünüzün torpaqdan başlayıb belləri, bətnləri, dünyanı və Bərzəx aləmini keçmiş hərəkətinizi kamala çatdırmaq üçün qəbirlərdən) qaldırılacaqsınız.
Əl-Muminun surəsi
Ayə 17
Həqiqətən Biz sizin başınız üzərində yeddi yol (mələklərin get-gəl yerləri olan yeddi göy) yaratmışıq və Biz yaradılış və yaradılmışların işində əsla qafillərdən deyilik.
Əl-Muminun surəsi
Ayə 18
Və göydən (yağış, qar və dolu şəklində) müəyyən miqdarda (yer və insanların layiq olduqarı qədər) su endirdik. Sonra onu yer(in dərinliklərin)də yerləşdirdik. Əlbəttə, Biz onun hamısını yox etməyə qadirik.
Əl-Muminun surəsi
Ayə 19
Sonra həmin su ilə sizin üçün xurma ağacları və üzüm tənəklərindən bağlar yaratdıq. Onda sizin (dolanışığınızı təmin etməyiniz) üçün çoxlu meyvələr vardır və ondan həm də yeyirsiniz.
Əl-Muminun surəsi
Ayə 20
Və (adətən) Sina dağından çıxan bir ağac (da yaratdıq) ki, yeyənlər üçün (zeytun) yağ(ı) və yavanlıq bitirir.