Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Maun surəsi" üzrə
7 ayə tapıldı.
(1 - 7 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Maun surəsi
Ayə 1
(Ya Peyğəmbər!) Allahın dinini və cəza gününü yalan hesab edəni gördünmü?
Əl-Maun surəsi
Ayə 2
Bəli, o, həmin o kəsdir ki, yetimi hiddətlə qovar.
Əl-Maun surəsi
Ayə 3
Və (heç kimi) yoxsulları yedirtməyə rəğbətləndirməz.
Əl-Maun surəsi
Ayə 4
Vay halına o namaz qılanların ki,
Əl-Maun surəsi
Ayə 5
Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar.
Əl-Maun surəsi
Ayə 6
Onlar riyakarlıq edər,
Əl-Maun surəsi
Ayə 7
Və ehtiyac olan şeyləri (borc, zəkat, sədəqə, ev ləvazimatı və s. başqalarından) əsirgəyərlər. (Yetimi qovmaq və fəqirə (miskinə) etinasız yanaşmaq dini inkar etmək əlamətlərindəndirsə, onda vay halına namazdan qafil olanın, əməldə riyakarlıq edənin və zəkata mane olanın! Onların günahı daha böyükdür.)