Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əl-Fatihə surəsi" üzrə 7 ayə tapıldı. (1 - 7 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Fatihə surəsi

Ayə 1
Bağışlayan və mehriban Allahın adı ilə.

Əl-Fatihə surəsi

Ayə 2
Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur.

Əl-Fatihə surəsi

Ayə 3
(Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli və mehriban Allaha.

Əl-Fatihə surəsi

Ayə 4
Cəza gününün sahib və hökmdarına.

Əl-Fatihə surəsi

Ayə 5
(Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.

Əl-Fatihə surəsi

Ayə 6
Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et!

Əl-Fatihə surəsi

Ayə 7
(Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin - (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!
114 Sürə
6236 Ayə
7 Tapılan Nəticə
1 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar