Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Fəcr surəsi" üzrə
30 ayə tapıldı.
(1 - 20 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Fəcr surəsi
Ayə 1
And olsun dan yerinə (hər günün dan yerinə və ya bayramların dan yerinə, yaxud sübh namazına),
Əl-Fəcr surəsi
Ayə 2
Və (and olsun) on gecəyə (İlin ən yaxşı vaxtları olan Zilhiccə ayının ilk, yaxud Ramazan ayının axır on gecəsinə),
Əl-Fəcr surəsi
Ayə 3
Və (and olsun) cütə və təkə (erkək və dişi olmaqla cüt olan bütün məxluqlara, tək olan Allaha və yaxud gecənin axırlarında qılınan «şəfi» və «vətr» namazına),
Əl-Fəcr surəsi
Ayə 4
Və (and olsun sübhə tərəf) keçib getməkdə olan gecəyə ki, (Allah kafirlərə əzab verəcəkdir.)
Əl-Fəcr surəsi
Ayə 5
Ağıl sahibi olan üçün bu işlərdə bir and varmı? (Bəli, bu işlərin şərafətindən və sirlərindən agah olan kəs üçün and vardır.)
Əl-Fəcr surəsi
Ayə 6
Məgər qəlb gözü ilə görmədin və bilmədin ki, sənin Rəbbin (Hudun) Ad (qövmü) ilə necə rəftar etdi?
Əl-Fəcr surəsi
Ayə 7
Hündür qəsrləri, uca sütunları və qədd – qamətli insanları olan İrəm (şəhərinin əhalisi) ilə
Əl-Fəcr surəsi
Ayə 8
Elə bir şəhər ki, onun bənzəri şəhərlər arasında (bəşər əli ilə) yaradılmamışdı.
Əl-Fəcr surəsi
Ayə 9
(Omanla Həzər–Mout arasında olan) o, vadinin sinəsində qayaları yarıb (evlər tikən) Səmudla (Salehin qövmü ilə).
Əl-Fəcr surəsi
Ayə 10
Və güclü qoşunları olan, yaxud (çadırlarda istifadə olunan və məhkum olunanlara işkəncə vermək üçün işlədilən) mıxlar sahibi olan Fironla.
Əl-Fəcr surəsi
Ayə 11
O kəslər ki, şəhərlərdə tüğyan etdilər.
Əl-Fəcr surəsi
Ayə 12
Və oralarda çoxlu fitnə-fəsad törətdilər.
Əl-Fəcr surəsi
Ayə 13
Beləliklə Rəbbin onlar(ın başların)a müxtəlif əzabların qamçısını endirdi.
Əl-Fəcr surəsi
Ayə 14
Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir.
Əl-Fəcr surəsi
Ayə 15
Amma insana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş etsə, deyər: «Rəbbim məni əziz tutmuşdur» (hər bir işə izn vermişdir).
Əl-Fəcr surəsi
Ayə 16
Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, «Rəbbim məni alçaltdı»-deyər.
Əl-Fəcr surəsi
Ayə 17
Belə deyildir. (Güman edirsiniz ki, nemətin çoxluğu əməldə azadlıq verməkdir, onun azlığı alçaldılmaq. Həm gümanınız yalnışdır. Həm də). Əslində siz yetimə ehtiram göstərmirsiniz.
Əl-Fəcr surəsi
Ayə 18
Bir – birinizi yoxsulları yedirtməyə rəğbətləndirmirsiniz.
Əl-Fəcr surəsi
Ayə 19
Və öz mirasınızı başqalarının mirası ilə birgə yeyirsiniz. (Hər bir mirası dünyadan gedən şəxs (həmin malı) halal və haram(ına varmadan) toplamış olsa belə mənimsəyirsiniz).
Əl-Fəcr surəsi
Ayə 20
Və (dünya) malı(nı) lap çox sevirsiniz.