Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Bələd surəsi" üzrə
20 ayə tapıldı.
(1 - 20 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Bələd surəsi
Ayə 1
Xeyr, and olsun bu şəhərə (əzəmətli Məkkəyə),
Əl-Bələd surəsi
Ayə 2
Sənin yerləşdiyin bu şəhərə;
Əl-Bələd surəsi
Ayə 3
Və and olsun ataya və dünyaya gətirdiyi övlada (Adəmə və onun övladlarından olan məsumlara, Kə’bənin və Məkkənin baniləri olan İbrahimə və övladı İsmailə və saleh övladı olan hər bir saleh möminə) ki,
Əl-Bələd surəsi
Ayə 4
Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur).
Əl-Bələd surəsi
Ayə 5
Yoxsa o elə güman edir ki, əsla heç kimin ona gücü çatmayacaqdır (buna görə də küfr və tüğyan edir)?!
Əl-Bələd surəsi
Ayə 6
(Minnət qoymaq və bəxş etdiklərini qabartmaq məqsədi ilə) «Mən çox mal tələf etdim!»-deyir.
Əl-Bələd surəsi
Ayə 7
Yoxsa güman edir ki, heç kim onu (bəxşiş etdiyi zaman) görməmişdir?!
Əl-Bələd surəsi
Ayə 8
Məgər Biz ona iki (görən) göz vermədikmi?!
Əl-Bələd surəsi
Ayə 9
Və (eləcə də) bir dil və iki dodaq(vermədikmi) ?!
Əl-Bələd surəsi
Ayə 10
Və ona (ağıl vermək və peyğəmbər göndərməklə) iki yolu (maddi və mənəvi cəhətdən xeyir və şər yolunu) göstərmədikmi?!
Əl-Bələd surəsi
Ayə 11
Beləliklə o, aşırımı və çətin yolu («Əqəbə»ni) aşa bilmədi.
Əl-Bələd surəsi
Ayə 12
Və sən nə bilirsən ki, çətin yol («Əqəbə») nədir?!
Əl-Bələd surəsi
Ayə 13
(O) Bir qul azad etməkdir.
Əl-Bələd surəsi
Ayə 14
Yaxud qıtlıq və aclıq günü yemək verməkdir–
Əl-Bələd surəsi
Ayə 15
Qohum olan bir yetimə,
Əl-Bələd surəsi
Ayə 16
Və ya yerə sərilmiş bir miskinə!
Əl-Bələd surəsi
Ayə 17
Bunlardan əlavə, iman gətirən və bir – birinə səbr, mehribanlıq və bağışlamaq tövsiyə edən kəslərdən olmaqdır.
Əl-Bələd surəsi
Ayə 18
Onlar xeyir – bərəkət və səadət əshabıdır (sahibləridir).
Əl-Bələd surəsi
Ayə 19
Bizim ayələrimizi və nişanələrimizi inkar edənlər isə nəhslik və bədbəxtlik əshabıdırlar (sahibləridirlər).
Əl-Bələd surəsi
Ayə 20
Onlar üçün hər yanı qapalı bir od vardır (yaxıb – yandırması çoxdur, çıxış yolu isə bağlıdır).