Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-İnsan surəsi" üzrə
31 ayə tapıldı.
(1 - 20 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-İnsan surəsi
Ayə 1
İnsanın zaman axışında elə bir dövrü olub keçmişdirmi ki, onda xatırlanası bir şey olmasın? (Bəli, onun ilk maddəsinin formalaşmağa başladığı zamandan insan şəklinə düşdüyü və ruhun ona üfürüldüyü zamanadək, müxtəlif dövrlər olmuşdur. Bu, dövrdə o insan adlandırılacaq şəkildə olmamışdır).
Əl-İnsan surəsi
Ayə 2
Həqiqətən, Biz insanı (ilk iki insanın nəslini) qarışıqlardan ibarət olan bir nütfədən, (hər biri bir neçə maddədən təşkil olunmuş kişi ilə qadının mənisindən) yaratdıq, onu bir haldan başqa bir hala saldıq ki, imtahana çəkək. Nəhayət onu eşidən və görən bir varlıq etdik.
Əl-İnsan surəsi
Ayə 3
Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükr edən olsun, istərsə də nankor.
Əl-İnsan surəsi
Ayə 4
Əlbəttə, Biz kafirlər (və nankorlar) üçün zəncirlər, qandallar və alovlu bir od hazırlamışıq.
Əl-İnsan surəsi
Ayə 5
Şübhəsiz, yaxşı əməl sahibləri (o aləmdə sərin və xoş ətirli) kafur qatılmış camdan içəcəklər.
Əl-İnsan surəsi
Ayə 6
(Orada) elə bir bulaq (vardır) ki, Allah bəndələri ondan içəcək və onu hər hansı bir tərzdə istəsələr, axıdacaqlar.
Əl-İnsan surəsi
Ayə 7
Onlar öz nəzirlərinə əməl edər, şəri və əzabı olduqca geniş olan bir gündən qorxarlar.
Əl-İnsan surəsi
Ayə 8
Və onlar yeməklərini, özləri(nin ehtiyacı olub çox) istədikləri halda Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər.
Əl-İnsan surəsi
Ayə 9
(Onlar həm dildə, həm də qəlbdə deyərlər:) «Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik».
Əl-İnsan surəsi
Ayə 10
«Həqiqətən, Biz öz Rəbbimizdən, çox sərt, olduqca çətin, dəhşətli (və üzlərin tutulub qaralacağı) gündən qorxuruq».
Əl-İnsan surəsi
Ayə 11
Allah onları o günün şərindən saxladı və onları şadlıq və sevinclə üzləşdirəcəkdir.
Əl-İnsan surəsi
Ayə 12
Və onları etdikləri səbr müqabilində (üstün bir) Cənnətlə və (zərif) ipəklə mükafatlandıracaqdır.
Əl-İnsan surəsi
Ayə 13
Orada taxtlara söykənəcək, orada nə istinin şiddətini nə də soyuğun şiddətini görəcəklər.
Əl-İnsan surəsi
Ayə 14
(Ağaclarının) kölgələri onların başları üstünə kölgə salacaq, yetişmiş meyvələri isə asanlıqla əyiləcək və onların ixtiyarına veriləcək.
Əl-İnsan surəsi
Ayə 15
Və onların dövrəsində gümüş kasalar və büllur qədəhlər dolandırılacaqdır.
Əl-İnsan surəsi
Ayə 16
Cövhəri gümüşdən olan elə büllur (qədəhlərdir) ki, (Cənnətdəkilər, yaxud xidmətçiləri) onları istədikləri ölçüdə hazırlamışlar.
Əl-İnsan surəsi
Ayə 17
Və Cənnətdə onlara (xoş ətirli) zəncəfil qatılmış camdan içirdərlər.
Əl-İnsan surəsi
Ayə 18
(Və zəncəfil) orada elə bir bulaqdan (çağlayır) ki, (nuş olduğu, ləzzət verdiyi və tez həzm olunduğu üçün) «Səlsəbil» adlanır.
Əl-İnsan surəsi
Ayə 19
Onların dövrəsində (xidmət üçün təravəti və yeniyetməliyi) əbədi olan oğlanlar dolanarlar. Onları gördükdə ətrafa səpələnmiş mirvari (inci) olduqlarını zənn edərsən.
Əl-İnsan surəsi
Ayə 20
Oranı gördükdə, (bolluca) nemət və böyük bir mülk görərsən.