Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Ələq surəsi" üzrə
19 ayə tapıldı.
(1 - 19 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Ələq surəsi
Ayə 1
Oxu! (Bu kitabı bütün məxluqatı) yaradan Rəbbinin adı ilə,
Əl-Ələq surəsi
Ayə 2
O, insanı (Adəm övladını) laxtalanmış qandan yaratdı.
Əl-Ələq surəsi
Ayə 3
Oxu (və tərəddüd etmə) ki, sənin Rəbbin (bütün kərimlərdən) daha kərimdir. (O səni oxuma-yazma bilməsən belə oxuda bilər).
Əl-Ələq surəsi
Ayə 4
O (Rəbbin) ki, (bəşərə) qələm vasitəsilə elm öyrətdi.
Əl-Ələq surəsi
Ayə 5
İnsana bilmədiyini öyrətdi.
Əl-Ələq surəsi
Ayə 6
(İnsan bu nemətlər üçün şükr edirmi?! Xeyr) Belə deyil, (əksinə insan) həqiqətən, azğınlıq edər!
Əl-Ələq surəsi
Ayə 7
Özünü ehtiyacsız gördüyü üçün.
Əl-Ələq surəsi
Ayə 8
Şübhəsiz, (bütün canlıların öldükdən sonra dönüşü) sənin Rəbbinədir.
Əl-Ələq surəsi
Ayə 9
Mənə de, məgər o kəs ki, mane olur
Əl-Ələq surəsi
Ayə 10
Bir bəndəyə namaz qıldığı vaxt (məgər o, əzaba layiq deyilmi)?!
Əl-Ələq surəsi
Ayə 11
Mənə de, əgər (namaz qılan şəxs) doğru yoldadırsa,
Əl-Ələq surəsi
Ayə 12
Yaxud (başqalarını) təqvalı olmağa çağırırsa (onda ona mane olmaq yaxşı bir işdirmi)?!
Əl-Ələq surəsi
Ayə 13
Mənə de, əgər (bu mane olan haqqı) təkzib edir və üz döndərirsə (məgər əzaba layiq deyildirmi)?!
Əl-Ələq surəsi
Ayə 14
Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!
Əl-Ələq surəsi
Ayə 15
Belə deyildir! (Onun güman etdiyi kimi deyil. O güman edir ki, ona əzab verməyəcəyik). Şübhəsiz, əgər (inadından) əl çəkməsə, onun kəkilindən yapışıb (əzaba doğru) sürüyəcəyik.
Əl-Ələq surəsi
Ayə 16
(Yolunu azmış) günahkar yalançının kəkilindən!
Əl-Ələq surəsi
Ayə 17
(Əgər istəyirsə) öz tərəfdarlarını (köməyə) çağırsın.
Əl-Ələq surəsi
Ayə 18
Biz də od məmurlarını çağırarıq.
Əl-Ələq surəsi
Ayə 19
Belə deyildir (o heç bir şey edə bilməz) Sən əsla ona itaət etmə! (Öz Rəbbinə) səcdə et və Ona yaxın ol!