Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əl-İnfitar surəsi" üzrə 19 ayə tapıldı. (1 - 19 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-İnfitar surəsi

Ayə 1
Göy yarıldığı zaman,

Əl-İnfitar surəsi

Ayə 2
Ulduzlar dağılıb səpələndiyi zaman,

Əl-İnfitar surəsi

Ayə 3
Dənizlər yarıldığı (və sular bir-birlərinə qarışdığı) yaxud qaynayıb dolduğu zaman,

Əl-İnfitar surəsi

Ayə 4
Qəbirlər alt-üst olduğu (və ölülər çölə atıldığı) zaman,

Əl-İnfitar surəsi

Ayə 5
Hər bir kəs öncədən göndərdiyi və ya təxirə saldığı şeyi biləcəkdir (dünyada etdiyi hər bir xeyir və şəri və özündən sonra qoyub getdiyi hər bir xeyir və şər adəti biləcəkdir).

Əl-İnfitar surəsi

Ayə 6
Ey insan, səni kərim olan Rəbbinə qarşı məğrur edən nədir?! (ki, Onun tanrılığına qarşı küfr, kərəminə qarşı isə nankorluq etdin)?

Əl-İnfitar surəsi

Ayə 7
O Allah ki, səni yaratdı və bədəninin üzvlərini (hər bir üzvü lazımi hikmətinə uyğun olaraq öz münasib yerində) düzəltdi və nizamladı və (lazımi işi ifa etmək üçün üzvlər arasında uyğunluq və ahəngdarlıq icad etməklə) qaydaya saldı və sahmanladı.

Əl-İnfitar surəsi

Ayə 8
İstədiyi şəkildə (üzvlərin xüsusiyyətləri və bütünlüyü baxımından) sənə quruluş verdi.

Əl-İnfitar surəsi

Ayə 9
Belə deyildir (siz təkcə Allahın kərəminə qarşı məğrurluq etməklə qalmırsınız) əslində siz «Cəza» gününü təkzib edirsiniz.

Əl-İnfitar surəsi

Ayə 10
Və əlbəttə, sizin üstünüzdə gözətçilər vardır.

Əl-İnfitar surəsi

Ayə 11
Şərəfli (möhtərəm) yazanlar (mələklər vardır).

Əl-İnfitar surəsi

Ayə 12
Onlar sizin nə etdiklərinizi (zahir və batini, ixlası və riyanı, kamal və nöqsan dərəcələrini) bilirlər.

Əl-İnfitar surəsi

Ayə 13
Şübhəsiz, yaxşı əməl sahibləri (axirətdə) bolluca nemət içində olarlar.

Əl-İnfitar surəsi

Ayə 14
Və şübhəsiz, pis əməl sahibləri isə odlu Cəhənnəm içində olarlar.

Əl-İnfitar surəsi

Ayə 15
Cəza günü oraya daxil olarlar (onun hərarətini dadar və yanarlar.)

Əl-İnfitar surəsi

Ayə 16
Onlar əsla oradan çıxan deyillər (dünyada səbəbin məhdud əhatəsində olduqları kimi axirətdə də nəticənin əbədilik əhatəsində olarlar).

Əl-İnfitar surəsi

Ayə 17
Və sən nə bilirsən ki, cəza günü nədir?!

Əl-İnfitar surəsi

Ayə 18
Yenə də sən nə bilirsən ki, cəza günü nədir?!

Əl-İnfitar surəsi

Ayə 19
Elə bir gündür ki,(o gün) heç kəs başqası üçün bir iş görməyə qadir olmayacaqdır. O gün əmr yalnız Allaha məxsusdur.
114 Sürə
6236 Ayə
19 Tapılan Nəticə
1 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar