Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Ğaşiyə surəsi" üzrə
26 ayə tapıldı.
(1 - 20 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Ğaşiyə surəsi
Ayə 1
(Dəhşəti bütün aləmi) bürüyəcək hadisənin (Qiyamətin) xəbəri sənə yetişdimi?
Əl-Ğaşiyə surəsi
Ayə 2
O gün (bəzi) üzlər zəlil və çökmüş olar.
Əl-Ğaşiyə surəsi
Ayə 3
Onlar (əbəs yerə) səy edənlər, zəhmətə düşənlərdir. (Onların dünyəvi əməlləri axirət əzab-əziyyətinə səbəb olar). Yaxud da axirət əzabının içərisində əziyyət çəkənlərdir.
Əl-Ğaşiyə surəsi
Ayə 4
Çox hərarətli oda girəcəklər, onun hərarətini dadacaq və yanacaqlar.
Əl-Ğaşiyə surəsi
Ayə 5
Qaynar bulaqdan içirdiləcəklər.
Əl-Ğaşiyə surəsi
Ayə 6
Onların yeməyi qurumuş, acı tikandan başqa bir şey olmaz. (Onu heç heyvanlar da yeməz).
Əl-Ğaşiyə surəsi
Ayə 7
(O yemək onları) nə kökəldər və nə də aclıqdan qurtarar.
Əl-Ğaşiyə surəsi
Ayə 8
O gün (bəzi) üzlər (isə) şad və təravətli olar.
Əl-Ğaşiyə surəsi
Ayə 9
Onlar öz (dünyəvi) səylərindən razı və xoşnud olacaqlar.
Əl-Ğaşiyə surəsi
Ayə 10
Ali və uca məqamlı Cənnətdə olarlar.
Əl-Ğaşiyə surəsi
Ayə 11
Əsla orada boş və bihudə bir söz eşitməzsən və eşitməzlər.
Əl-Ğaşiyə surəsi
Ayə 12
Orada daim axan bulaq var.
Əl-Ğaşiyə surəsi
Ayə 13
Orada uca, qiymətli taxtlar var.
Əl-Ğaşiyə surəsi
Ayə 14
(Bulağın yanında onların qarşısına) piyalələr qoyulmuşdur.
Əl-Ğaşiyə surəsi
Ayə 15
Bir–birinin yanına düzülmüş yastıqlar
Əl-Ğaşiyə surəsi
Ayə 16
(Və döşənmiş, dəbdəbəli) xalçalar (vardır)
Əl-Ğaşiyə surəsi
Ayə 17
Məgər onlar dəvəyə baxmırlarmı ki, necə yaradılmışdır?
Əl-Ğaşiyə surəsi
Ayə 18
Və göyü (görmürlər) ki, necə ucaldılmışdır?
Əl-Ğaşiyə surəsi
Ayə 19
Və dağlara (baxmırlar) ki, (yerin səthinə) necə mıxlanmış və qamətləri dikəlmişdir?
Əl-Ğaşiyə surəsi
Ayə 20
Və bu yeri (görmürlər) ki, necə döşənmiş və düzənlənmişdır?