Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əbəsə ‏ surəsi" üzrə 42 ayə tapıldı. (1 - 20 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əbəsə ‏ surəsi

Ayə 1
Qaşqabağını tökdü və üz çevirdi (Üzünü turşutdu və çevirdi).

Əbəsə ‏ surəsi

Ayə 2
O, kor yanına gəldiyinə görə. (Peyğəmbərin hüzuruna gəlmiş varlı bir şəxslə, yaxud İslamı qəbul etmək üçün onun yanına gəlmiş kor bir kişi ilə rəftarını bəyan edir.)

Əbəsə ‏ surəsi

Ayə 3
Sən nə bilirsən? Bəlkə də o, (yaxşı əməllər etməklə günahdan) paklanacaqdır?!

Əbəsə ‏ surəsi

Ayə 4
Yaxud (haqq sözü eşitməklə) öyüd – nəsihət alacaq və bu öyüd – nəsihət ona fayda verəcəkdir (və İslama gələcəkdir)?!

Əbəsə ‏ surəsi

Ayə 5
Amma dövlətli, yaxud özünü dövlətli və ehtiyacsız hesab edənə gəldikdə isə,

Əbəsə ‏ surəsi

Ayə 6
Sən onu (yaxşı) qarşılayırsan və istiqanlı rəftar edirsən!

Əbəsə ‏ surəsi

Ayə 7
Halbuki, onun paklanmamasına (İslamı qəbul etməməsinə) görə sən məsul deyilsən.

Əbəsə ‏ surəsi

Ayə 8
Sənin yanına gələrək (doğru yol və xeyir tapmağa) çalışan kəs,

Əbəsə ‏ surəsi

Ayə 9
(Özü də Allahından) qorxduğu halda,

Əbəsə ‏ surəsi

Ayə 10
Sən ona diqqət yetirmək əvəzinə başqaları ilə məşğul olursan?!

Əbəsə ‏ surəsi

Ayə 11
Belə olmamalıdır. Bu Qur’an ayələri bir xatırlatma (öyüd - nəsihət)dir.

Əbəsə ‏ surəsi

Ayə 12
Kim istəsə, onun məzmununu xatırlayar (və haqq yola yetişər).

Əbəsə ‏ surəsi

Ayə 13
(Bu Qur’an) çox dəyərli və şərəfli səhifələrdə və yazılardadır.

Əbəsə ‏ surəsi

Ayə 14
Uca, (batildən, ziddiyyət və ixtilafdan uzaq və) pak (səhifələrdə).

Əbəsə ‏ surəsi

Ayə 15
(Onun üzünü Lövhi – Məhfuzdan köçürən) mələklərdən ibarət olan yazanların, yaxud (onu vəhy mənbəyindən Peyğəmbərə çatdıran) mələklərdən ibarət olan elçilərin, və ya (onu dünyanın müxtəlif guşələrində qafillərə yetirən) ümmətin alimlərindən ibarət olan səfirlərin əlləri ilə.

Əbəsə ‏ surəsi

Ayə 16
(Onlar) yaxşı iş görən əzizlərdir.

Əbəsə ‏ surəsi

Ayə 17
Ölsün insan! Nə qədər də kafir və nankordur!

Əbəsə ‏ surəsi

Ayə 18
(Allahı) onu nədən yaratmışdır?

Əbəsə ‏ surəsi

Ayə 19
Onu (qarışıq, dəyərsiz) bir nütfədən yaratdı, sonra da (yaradılışının əvvəlindən kamalının zirvəsinədək kəmiyyət və keyfiyyət baxımından bütün hərəkətlərinə) bir ölçü-biçim verdi.

Əbəsə ‏ surəsi

Ayə 20
Sonra yolunu (xeyir və şər seçmək yolunu – ağıl, iradə və ixtiyar verməklə) ona asanlaşdırdı,
114 Sürə
6236 Ayə
42 Tapılan Nəticə
3 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar