Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əş-Şəms ‏ surəsi" üzrə 15 ayə tapıldı. (1 - 15 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əş-Şəms ‏ surəsi

Ayə 1
And olsun günəşə və onun şüasının vüsətinə,

Əş-Şəms ‏ surəsi

Ayə 2
And olsun (günəşin) ardınca çıxmaqda olan aya.

Əş-Şəms ‏ surəsi

Ayə 3
And olsun yeri işıqlı, havanı nurlu və günəşi görünən edən zaman gündüzə.

Əş-Şəms ‏ surəsi

Ayə 4
And olsun günəşi örtməkdə, üfüqləri və havanı qaranlıq etməkdə olan gecəyə.

Əş-Şəms ‏ surəsi

Ayə 5
And olsun göyə və onu bina edən (O qüdrətli varlığa, vücuda),

Əş-Şəms ‏ surəsi

Ayə 6
And olsun bu yerə və onu döşəyənə (O qüdrət sahibinə).

Əş-Şəms ‏ surəsi

Ayə 7
Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru – düzgün biçim verənə. (Bədən üzvlərini bir – birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana).

Əş-Şəms ‏ surəsi

Ayə 8
Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir.

Əş-Şəms ‏ surəsi

Ayə 9
Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!

Əş-Şəms ‏ surəsi

Ayə 10
Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!

Əş-Şəms ‏ surəsi

Ayə 11
Səmud (qövmü) azğınlıq üzündən (Salehi) təkzib etmişdi.

Əş-Şəms ‏ surəsi

Ayə 12
Onların ən bədbəxti ayağa qalxdığı (Salehin dəvəsini öldürmək üçün könüllü olduğu) zaman

Əş-Şəms ‏ surəsi

Ayə 13
Allahın peyğəmbəri onlara demişdi: «Allahın dəvəsinə ziyan yetirməkdən və ona öz növbəsində su içməyə mane olmaqdan çəkinin!»

Əş-Şəms ‏ surəsi

Ayə 14
Amma onlar onu (Salehi) təkzib etmişdilər və Allahın dəvəsini öldürmüşdülər. Rəbbi də günahlarının cəzası olaraq onların hamısının kökünü kəsib yerlə yeksan etdi.

Əş-Şəms ‏ surəsi

Ayə 15
Və (Allah) bu işin aqibətin(ə görə heç bir kəs)dən qorxmaz.
114 Sürə
6236 Ayə
15 Tapılan Nəticə
1 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar