Əz-Zumər surəsi · 8-ci ayə
(İmansız və ya imanı zəif olan) insana (suda boğulmaq və ölümə səbəb olan xəstəlik kimi) bir zərər-ziyan toxunan zaman o, (məcbur şəkildə) öz Rəbbinə tərəf qayıdan halda Onu çağırar. Sonra, Öz tərəfindən ona (həmin çətinlikdən nicat və sairə kimi) bir nemət əta edən zaman, keçmişdə, səbəbindən Allahı çağırdığı şeyi unudar və (yenidən insanları) Allahın yolundan azdırmaq üçün Ona (bütlərdən və sairədən) şəriklər qoşar. De: «Bir müddət öz küfründən bəhrələn ki, mütləq od əhlindən olacaqsan.»
Tez-tez Verilən Suallar
Əz-Zumər surəsi 8-ci ayə haqqında suallar və cavablar
Əz-Zumər surəsinin 8-ci ayəsi nə haqqındadır?
(İmansız və ya imanı zəif olan) insana (suda boğulmaq və ölümə səbəb olan xəstəlik kimi) bir zərər-ziyan toxunan zaman o, (məcbur şəkildə) öz Rəbbinə tərəf qayıdan halda Onu çağırar. Sonra, Öz tərəfindən ona (həmin çətinlikdən nicat və sairə kimi) bir nemət əta edən zaman, keçmişdə, səbəbindən Allahı çağırdığı şeyi unu...
Əz-Zumər surəsi 8-ci ayə hansı surədə yerləşir?
Əz-Zumər surəsi Quran-ı Kərimin 39-ci surəsidir. Bu surə Məkkəvi surədir və 8-ci ayə Əz-Zumər surəsinin tərkib hissəsidir.
Əz-Zumər surəsi 8-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əz-Zumər surəsinin 8-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.