Əz-Zumər surəsi · 38-ci ayə
Əgər onlardan göyləri və yeri kimin yaratmasını soruşsan, şübhəsiz «Allah» deyə (cavab verə)cəklər. (Çünki onlar öz məbudlarını uluhiyyət və yaradılışda deyil, rübubiyyətdə və işlərin idarəçiliyində Allahın şəriki hesab edirdilər.) De: «Mənə xəbər verin (görüm) əgər Allah mənə bir zərər-ziyan (vurmaq) istəsə Allahın yerinə çağırdıqlarınız Onun zərər-ziyanını aradan qaldıra bilərlər? Yaxud O, mənə bir mərhəmət istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlər?» De: «Mənə Allah kifayətdir. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər.»
Tez-tez Verilən Suallar
Əz-Zumər surəsi 38-ci ayə haqqında suallar və cavablar
Əz-Zumər surəsinin 38-ci ayəsi nə haqqındadır?
Əgər onlardan göyləri və yeri kimin yaratmasını soruşsan, şübhəsiz «Allah» deyə (cavab verə)cəklər. (Çünki onlar öz məbudlarını uluhiyyət və yaradılışda deyil, rübubiyyətdə və işlərin idarəçiliyində Allahın şəriki hesab edirdilər.) De: «Mənə xəbər verin (görüm) əgər Allah mənə bir zərər-ziyan (vurmaq) istəsə Allahın ye...
Əz-Zumər surəsi 38-ci ayə hansı surədə yerləşir?
Əz-Zumər surəsi Quran-ı Kərimin 39-ci surəsidir. Bu surə Məkkəvi surədir və 38-ci ayə Əz-Zumər surəsinin tərkib hissəsidir.
Əz-Zumər surəsi 38-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əz-Zumər surəsinin 38-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.