Yusif surəsi · 78-ci ayə

Dedilər: «Ey Əziz, həqiqətən onun çox qoca və yaşı ötmüş bir atası vardır. Buna görə də onun yerinə bizim birimizi götür. Həqiqətən biz səni yaxşılıq edənlərdən görürük».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 78
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Qardaşları) dedilər: Ey Əziz! Həqiqətən, onun qoca bir atası var. Onun yerinə bizdən birimizi saxla. Həqiqətən, sənin yaxşı əməl sahibi olduğunu görürük.”
Nöqtələr
Yusifin qardaşları Benyaminin saxlanacağına əmin olduqdan sonra atalarına verdikləri vəd və Yusifin başına gətirdikləri iş səbəbindən geriyə qayıtmağa çətinlik çəkdilər. Onlar dil tökərək Əzizin qəlbini ələ almağa çalışdılar.
Bildirişlər
1. İlahi müqəddərat hər bir daş qəlbli və sitəmkar insanı müəyyən olmuş gündə diz çökdürər.
2. Nəfspərəstlərin xar etmək istədiyi təqvalıları Allah izzətə çatdırar.
3. Yusif hətta əvvəldə olduğu zaman onun xarakterindəki xeyirxahlıq parlaq görünürdü.
4. Dövrün eniş-yoxuşu və müxtəlif dəyişiklikləri yaxşı əməl sahiblərini dəyişmir. (Yusif bütün yerlərdə və bütün şəraitlərdə xeyir əməl sahibi kimi vəsf olunur.)

Tez-tez Verilən Suallar

Yusif surəsi 78-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 78-ci ayəsi nə haqqındadır?
Dedilər: «Ey Əziz, həqiqətən onun çox qoca və yaşı ötmüş bir atası vardır. Buna görə də onun yerinə bizim birimizi götür. Həqiqətən biz səni yaxşılıq edənlərdən görürük».
Yusif surəsi 78-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 78-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 78-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 78-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 78-ci ayənin təfsiri nədir?
"(Qardaşları) dedilər: Ey Əziz! Həqiqətən, onun qoca bir atası var. Onun yerinə bizdən birimizi saxla. Həqiqətən, sənin yaxşı əməl sahibi olduğunu görürük.” Nöqtələr Yusifin qardaşları Benyaminin saxlanacağına əmin olduqdan sonra atalarına verdikləri vəd və Yusifin başına gətirdikləri iş səbəbindən geriyə qayıtmağa çətinlik çəkdilər. Onlar dil tökərək Əzizin qəlbini ələ almağa çalışdılar. Bildirişlər 1. İlahi müqəddərat hər bir daş qəlbli və sitəmkar insanı müəyyən olmuş gündə diz çökdürər. 2. N...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.