Yusif surəsi · 22-ci ayə

O, cismi və əqli qüvvələrinin yetkinlik və kamal həddinə çatanda, ona hakimlik qüdrəti, əqli maariflər, (keçmiş) şəriətlərin (Nuh və İbrahimin şəriətinin) elmlərini verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 22
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Yusif) yetkinlik qüvvəsinə çatdığı vaxt ona hökm və elm verdik. Biz yaxşı əməl sahiblərini bu sayaq mükafatlandırırıq.”
Nöqtələr
"Şədd” sözündən olan "əşuddə” sözü "möhkəm düyün” mənasını bildirir. Bu söz fiziki və mənəvi möhkəmliyə işarədir. Bu söz Quranda bəzən "büluğ” mənasında işlədilmişdir. Bəzən də "əşuddə” dedikdə qocalıqdan əvvəlki yaş nəzərdə tutulur.
Bildirişlər
1. Elm və hikmət insandan tutum və hazırlıq tələb edir.
2. İlahi yüksəlişin gerçəkləşməsi üçün vaxt və məqama ehtiyac var.
3. Hikmət elmdən fərqlənir. (Elm bilikdir, hikmət isə insanı haqqa çatdıran bəsirətdir.)
4. Peyğəmbərlər elmi oxumaqla qazanmırlar.
5. Elm və hikmət yanaşı olduqda səmərə verir.
6. Birini vəzifədən kənarlaşdırdıqda və ya vəzifəyə qoyduqda bunun dəlilini xalqa bəyan edin.
7. Allahın xüsusi mükafatını əldə etmək üçün ehsan etmək lazımdır.
8. Xeyir əməl sahibləri elə bu dünyada kama çatır.
9. Yalnız elmi və fiziki güclə Allahın lütfünə çatmaq olmur. İlahi lütfü əldə etmək üçün xeyir əmələ də ehtiyac var.

Tez-tez Verilən Suallar

Yusif surəsi 22-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 22-ci ayəsi nə haqqındadır?
O, cismi və əqli qüvvələrinin yetkinlik və kamal həddinə çatanda, ona hakimlik qüdrəti, əqli maariflər, (keçmiş) şəriətlərin (Nuh və İbrahimin şəriətinin) elmlərini verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
Yusif surəsi 22-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 22-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 22-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 22-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 22-ci ayənin təfsiri nədir?
"(Yusif) yetkinlik qüvvəsinə çatdığı vaxt ona hökm və elm verdik. Biz yaxşı əməl sahiblərini bu sayaq mükafatlandırırıq.” Nöqtələr "Şədd” sözündən olan "əşuddə” sözü "möhkəm düyün” mənasını bildirir. Bu söz fiziki və mənəvi möhkəmliyə işarədir. Bu söz Quranda bəzən "büluğ” mənasında işlədilmişdir. Bəzən də "əşuddə” dedikdə qocalıqdan əvvəlki yaş nəzərdə tutulur. Bildirişlər 1. Elm və hikmət insandan tutum və hazırlıq tələb edir. 2. İlahi yüksəlişin gerçəkləşməsi üçün vaxt və məqama ehtiyac var. ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.