Yusif surəsi · 2-ci ayə

Həqiqətən Biz onu ərəbcə bir Qur’an (oxunan və ərəb dilində olan kəlmələr) şəklində nazil etdik ki, bəlkə (onun uca maarifi barədə) düşünəsiniz və ağılla dərk edəsiniz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 2
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Ola bilsin ki, düşünəsiniz.”
Nöqtələr
Müqəttəə hərfləri haqqında müxtəlif münasibətlər bəyan olunmuşdur. O cümlədən:
1. Quran, bu ilahi möcüzə hamının ixtiyarında olan əlifba hərflərindən tərtib olunmuşdur.
2. Həmin hərflərlə başlamış surənin adıdır.
3. Allaha and növüdür.
4. Allahla Onun rəsulu arasında rəmzdir.
Müqəttəə hərflərlə başlamış 29 surədən 24-ündə həmin hərflərdən sonra Quran və onun möcüzəsindən danışıldığını nəzərə alsaq, birinci münasibət daha üstün olar.
Quran hansı dildə olsaydı, başqaları bu dillə tanış olmalı idi. Onun ərəb dilində nazil olmasının bir sıra məziyyətləri var. O cümlədən:
a) Ərəb dilində başqa dillərdə mövcud olmayan söz ehtiyatı və qrammatik qaydalar var. Rəvayətlərə əsasən behişt əhlinin dili ərəb dilidir.
b) Quranın nazil olduğu məntəqənin əhli ərəbdilli idi. Onlara başqa bir dildə xitab olması mümkünsüz sayılır.
Allah-təala həm Quran, həm də yağış haqqında "nazil oldu” təbirini işlədir. Quranla yağış arasında bir sıra oxşarlıqlar vardır. O cümlədən:
a) Quran, həm də yağış səmadan nazil olur.
b) Həm Quran, həm də yağış pakdır.
v) Quran da, yağış da həyat vasitəsidir.
q) Hər ikisi mübarək və bərəkət gətirəndir.
d) Yağış damla-damla, Quran isə ayə-ayə nazil olur (tədrici nüzul).
Bəziləri iddia edirdilər ki, Peyğəmbərə (s) Quranı başqa millətdən olan bir şəxs öyrətmişdir. Quranın ərəbcə nazil olmasında məqsəd bu iddianın rədd edilməsi ola bilər.
Bildirişlər
1. Quran əlimizdəki əlifba hərflərindən tərtib olunmuşdur.
(Ey inadkarlar,) əgər bacarırsınızsa, siz də bu hərflərdən Quran kimi bir kitab tərtib edin.
2. Quran yetərincə uca məqama malikdir.
3. Quran başlanğıcda öz dinləyicisini ayələrinin möhkəmliyindən xəbərdar edib, sonra digər mətləblərin bəyanına başlayır.
4. Quranın ərəb dilində nazil olması və onun ayələrinin dərk olunması ilə bağlı göstəriş zəruri edir ki, müsəlmanlar ərəb dili ilə tanış olsunlar.
5. Quran təkcə tilavət və təbərrük üçün yox, əsasən düşünmək və inkişaf etmək üçündür.
6. Hər hansı yazı aydın, aydınladan, məqsədli və tərbiyəvi olmalıdır.
7. Quranın nazil olması əbəs deyil. Onun ayələri haqqında düşünmək lazımdır.

Tez-tez Verilən Suallar

Yusif surəsi 2-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 2-ci ayəsi nə haqqındadır?
Həqiqətən Biz onu ərəbcə bir Qur’an (oxunan və ərəb dilində olan kəlmələr) şəklində nazil etdik ki, bəlkə (onun uca maarifi barədə) düşünəsiniz və ağılla dərk edəsiniz.
Yusif surəsi 2-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 2-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 2-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 2-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 2-ci ayənin təfsiri nədir?
"Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Ola bilsin ki, düşünəsiniz.” Nöqtələr Müqəttəə hərfləri haqqında müxtəlif münasibətlər bəyan olunmuşdur. O cümlədən: 1. Quran, bu ilahi möcüzə hamının ixtiyarında olan əlifba hərflərindən tərtib olunmuşdur. 2. Həmin hərflərlə başlamış surənin adıdır. 3. Allaha and növüdür. 4. Allahla Onun rəsulu arasında rəmzdir. Müqəttəə hərflərlə başlamış 29 surədən 24-ündə həmin hərflərdən sonra Quran və onun möcüzəsindən danışıldığını nəzərə alsaq, birinci...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.