Yusif surəsi · 14-cü ayə

Dedilər: «Əlbəttə, əgər biz güclü bir dəstə ola-ola, onu canavar yesə, onda biz çox ziyana uğrayan olarıq».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 14
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Yəqubun övladları) dedilər: "Biz güclü bir dəstə olduğumuz halda canavar onu yesə, ziyankar olarıq ki!”
Bildirişlər
1. Bəzən böyüklər təcrübə və agahlıq vasitəsi ilə təhlükəni hiss edirlər, amma cavanlar öz güclərinə güvəndiklərindən təhlükəni zarafat sayırlar.
2. Güclü olmaq təhlükədən uzaqlıq deyil. (Yusifin qardaşları güclü bir dəstə idi, amma təhlükədən amanda deyildi.)
3. Qardaşlar canavarın Yusifi yeməsindən narahat deyildilər. Amma zəif görünməsinlər deyə, Yəqubun sözünə reaksiya verdilər.
4. Əgər bir şəxs məsuliyyəti qəbul edib, onu lazımınca yerinə yetirməsə, öz şəxsiyyətini, sərmayəsini, hörmətini, vicdanını təhlükəyə atmış olur və zərərə düşür.
5. Zahirlə aldatmaq və hisləri riyakarcasına büruzə vermək münafiqlərin qurğularındandır.
6. Bəziləri öz məqsədlərinə çatmaq üçün hətta şəxsiyyətlərindən belə keçməyə hazırdırlar.

Tez-tez Verilən Suallar

Yusif surəsi 14-cü ayə haqqında suallar və cavablar

Yusif surəsinin 14-cü ayəsi nə haqqındadır?
Dedilər: «Əlbəttə, əgər biz güclü bir dəstə ola-ola, onu canavar yesə, onda biz çox ziyana uğrayan olarıq».
Yusif surəsi 14-cü ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 14-cü ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 14-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 14-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 14-cü ayənin təfsiri nədir?
"(Yəqubun övladları) dedilər: "Biz güclü bir dəstə olduğumuz halda canavar onu yesə, ziyankar olarıq ki!” Bildirişlər 1. Bəzən böyüklər təcrübə və agahlıq vasitəsi ilə təhlükəni hiss edirlər, amma cavanlar öz güclərinə güvəndiklərindən təhlükəni zarafat sayırlar. 2. Güclü olmaq təhlükədən uzaqlıq deyil. (Yusifin qardaşları güclü bir dəstə idi, amma təhlükədən amanda deyildi.) 3. Qardaşlar canavarın Yusifi yeməsindən narahat deyildilər. Amma zəif görünməsinlər deyə, Yəqubun sözünə reaksiya verdil...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.