Yusif surəsi - Ayə: 105

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 105
Göylərdə və yerdə (Allahın tovhid, cəlal və camalına və məadın haqq olmasına dair) çoxlu nişanələr vardır ki, insanlar onların yanından üz çevirmiş və diqqətsiz halda keçib gedirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 105. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 105 MÖHSÜN QƏRAƏTİ.

"Göylərdə və yerdə nə çox nişanələr ki, onların yanından üz çevirmiş halda keçərlər.”
Nöqtələr
Bu ayə İslam Peyğəmbəri (s) və bütün həqiqi rəhbərlərə təsəlli verir. Əgər xalq əmr və tapşırıqlara etinasızlıq göstərirsə, nigaran olmaq lazım deyil. Onlar (əksəriyyət) Allahın təbiət və yaranışdakı qüdrət və hikmət nişanələri ilə daim rastlaşırlar, amma bir an belə düşünmürlər. Zəlzələlər, günəş və ay tutulmaları, şimşək, ulduzlar, kəhkəşanlar, bir sözlə hər şey göz qabağındadır. Amma onlar üz çevirirlər.
"Yəmurrunə ələyha” cümləsi 3 cür mənalandırılır:
1. İnsanların ilahi ayələrinin yanından ötüşüb onları müşahidə etməsi;
2. İnsanların ötüb keçməsi dedikdə yerin hərəkəti nəzərdə tutulur. Çünki yer hərəkət etdikcə insan göy aləmini seyr edir.
3. Göy nişanələrinin seyri, insanın kosmik gəmilərə süvar olması və bu peyklərin səmada hərəkəti ilə bağlı öngörənlikdir.
Üz çevirmək qəflətdən də təhlükəlidir. İnsan bəzən daimi rabitədə olduğu çoxsaylı nişanələri nəinki yaddan çıxarır, hətta bilərəkdən onlardan üz çevirir.
Bildirişlər
1. Bütün varlıq aləmi allahşünaslıq nişanəsi və rəmzidir.
2 İnsan inadkar olsa heç bir nişanəni qəbul etməz.
3. Dərin düşüncə ilə müşayiət olunmayan səthi baxış hidayət və tərbiyə üçün zəmin deyil.
4. Elm təklikdə bəs etmir, iman əldə etmək üçün haqqın qəbulu da lazımdır.
5. Əhvalatın "əhsənul-qəsəs”, yəni gözəl əhvalat olması bəs deyil. Ən mühümü bu böyük dərsləri qəbul edib işə salmaq üçün hazırlıqdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.