"Səndən öncə abadlıq əhlindən olan, özlərinə də vəhy etdiyimiz kişilər göndərdik. Özlərindən əvvəlkilərin aqibətini görmək üçün yer üzünü gəzmədilərmi? Şübhəsiz, təqva yolunu seçənlər üçün axirət evi daha üstündür. Yoxsa düşünmürsünüz?”
Nöqtələr
Peyğəmbərlərin müxalifləri dəfələrlə irad tuturdular ki, nə üçün peyğəmbərlər onlar kimi adi insandırlar? Görünür, İslam Peyğəmbərinin (s) dövründə də xalq bu sayaq suallar ünvanladığından bu ayədə həm cavab verilir, həm də xəbərdarlıq olunur.
Bildirişlər
1. Bütün peyğəmbərlər kişi cinsindən olmuşlar. Çünki kişinin təbliğ, hicrət və səy göstərmə imkanı daha çoxdur.
2. Peyğəmbərlərin elmi vəhy yolu ilə əldə olunur, bir növ "lədunni”, zatidir.
3. Peyğəmbərlər insan nəslindən olmuş və insanlar arasında yaşamışlar. (Onlar nə mələk, nə guşənişin, nə də rifah əhli olmuşlar).
4. Hərəkət və səfər məqsədli olmalıdır.
5. Birbaşa müşahidə həqiqəti əldə etməyin ən münasib üsullarındandır.
6. Yer üzündə hərəkət və səyahət, tarixdən xəbərdarlıq və ibrət dərsi götürülməsi hidayət və tərbiyə üçün faydalıdır.
7. Qədim əsərlər gələcək nəsillərin baxıb ibrət götürməsi üçün hifz olunmalıdır.
8. Peyğəmbərlərin göndərilməsi, vəhyin nazil olması, inadkar müxaliflərin məhvi tarixi reallığa çevrilmiş ilahi sünnələrdəndir.
9. Kafirlər peyğəmbərlərlə müxalifətçilikdən heç nə qazanmırlar və dünyada qəhr-qəzəbə düçar olurlar. Təqva əhli isə dünyadan üstün olan axirətə yol tapır.
10. Bəşərin ağıl və düşüncəsinin işə salınması Quran və peyğəmbərlik məqsədlərindəndir.
11. Ağıl və düşüncə insanı peyğəmbər məktəbinə doğru irəli aparır.