"(Yəqub) dedi: Tezliklə Rəbbimdən sizin üçün bağışlanma diləyərəm. Həqiqətən, O Özü bağışlayan və çox mehribandır.”
Nöqtələr
Yəqubun övladları təkallahçı (müvəhhid) olub atalarının uca məqamından xəbərdar idilər. Onlar atalarını əqidə baxımından yox, Yusifə bağlılıq baxımından azğın sayırdılar.
Zalım üçün 3 gün var: qüdrət günü, möhlət günü və peşmanlıq günü.
Məzlum üçün də 3 gün var: zülmə düşdüyü həsrət günü, çarə axtardığı heyrət günü, dünya və axirətdə qurtuluş günü.
Bir gün atalarını azğınlıqda ittiham edən övladlar sonradan xətakar olduqlarını etiraf etdilər.
"Məcməul-bəyan” və "Ətyəbul-bəyan” təfsirlərində bildirilir ki, həzrət Yəqub övladlarına dua etmək üçün cümə axşamını və ya cümə gününü gözləyirdi.
Bildirişlər
1. Zülm zillət sahibidir. Qardaşları Yusifi quyuya atan gün sevinc içində idilər, sonra isə hər şey əksinə dəyişdi.
2. Günahların bağışlanması üçün Allahın övliyalarına təvəssül, onları vasitəçi qərar vermək caizdir.
3. Atanın duasında xüsusi təsir var. Tövbə heç vaxt gec deyil.
4. Tövbə üçün heç vaxt gec deyil.
5. Günahların etirafı bağışlanma üçün zəmindir.
6. Dua üçün saatların imtiyazı var.
7. Atanın öz övladlarına duasının xüsusi təsiri var.
8. Ata kinli olmamalı, övladlarının səhvini bağışlamağı bacarmalıdır.
9. Günahkar peşman olduğu vaxt onu danlamayın.
10. Günahkara Allahın mərhəməti ilə ümid verək.
11. Dua və təvəssülün qəbulunu səbirlə gözləyək.
12. Həzrət Yəqub öz haqqından keçdi və Allahın haqqı ilə bağlı övladlarına dua etdi.
13. Böyük günaha yol verənlər də Allahın lütfündən məhrum edilməyiblər. İki ilahi peyğəmbəri uzun illərdə incidənlərin də bağışlanmasına ümid var.