"Onların çoxu Allaha şərik qoşmadan iman gətirməz (imanları xalis deyil).”
Nöqtələr
İmam Riza (ə) buyurur: "Bu ayədə şirk dedikdə küfr və bütpərəstlik yox, Allahdan qeyrisinə diqqət nəzərdə tutulur.
Nəql olunur ki, imam Sadiq (ə) buyurmuşdur: "Şirk insanda qaranlıq gecədə qara daş üstə yeriyən qara qarışqadan da məxfi hərəkət edir.”
İmam Baqir (ə) buyurur: "İnsanlar ibadətdə müvəhhid (təkallahçı) olsalar da, itaətdə Allahdan qeyrisini şərik qoşurlar.” Digər rəvayətlərdə oxuyuruq ki, bu ayədə şirk dedikdə nemətə qarşı şirk nəzərdə tutulur. Məsələn, insan dilinə gətirir ki, işimi filankəs düzəltdi, əgər filankəs olmasaydı məhv olardıq.
Bildirişlər
1. İmanın mərtəbələri var. Şirk qatqısı olmayan xalis iman azdır.
Xalis möminlik nişanələri:
1. İnfaq edərkən kimsədən mükafat və təşəkkür gözləməmək.
2. İbadətdə Allahdan qeyrisinə bəndəlik etməmək.
3. Təbliğdə Allahdan qeyrisindən əvəz gözləməmək.
4. Evlənmək məsələsində yoxsulluqdan qorxmamaq və Allaha təvəkkül etməklə evlənmək.
5. Xalqla rəftarında Allahın razılığından savay hər şeyi kənara qoymaq.
6. Düşmənlə qarşılaşdıqda yalnız və yalnız Allahdan qorxmaq.
7. Allah qədər kimsəni sevməmək.
8. Ticarətdə, həyat fəaliyyətində Allahı unutmamaq.
(ŞƏRİK QOŞAN, XALİS OLMAYAN) MÖMİNİN NİŞANƏLƏRİ:
1. İzzəti başqalarından gözləmək.
2. Yaxşı işi pis işə qatmaq.
3. Başqaları ilə rəftarda partiya və dəstə təəssübü çəkmək.
4. İbadətdə diqqətsizlik və riyakarlıq.
5. Döyüşdə xalqdan qorxmaq.
6. Ticarət və dünya işlərində daha çox əldə etmək meyli.
7. Din və dünya seçimində dünyanı götürüb Peyğəmbəri (s) tənha qoymaq.