Yusif surəsi - Ayə: 104

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 104
Halbuki, sən onlardan (bu kitabın təbliğ və çatdırılması müqabilində) heç bir mükafat istəmirsən. Bu (Qur’an), aləmdəkilər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir. (O, bəşər cəmiyyətinə beyinlərinin dəfinələrini, ruhlarının xüsusiyyətlərini və dünyalarının sirlərini xatırladır, bunları onların yadına salır. Odur ki, sən onlardan bir şey istəsəydin də onlar bunu layiqincə mükafatlandıra bilməzdilər.)
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 104. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 104 MÖHSÜN QƏRAƏTİ.

"Sən buna görə onlardan heç bir mükafat istəmirsən. O, (risalət və Quran) məxluqat üçün yalnız öyüd-nəsihətdir.”
Nöqtələr
İslam Peyğəmbəri (s) də digər peyğəmbərlər kimi insanların hidayəti müqabilində onlardan mükafat istəmirdi. Çünki hər hansı umacaq dəvətin qəbul olunmasını çətinləşdirir. "Tur” surəsinin 40-cı ayəsində oxuyuruq: "Xalqdan muzd istəyirdinmi ki, bunu ödəmək onlara ağır olsun?!” Başqa bir ayədə Əhli-beyt sevgisi risalət muzdu kimi təqdim olunur. Hansı ki, Əhli-beytə (ə) itaət Peyğəmbərə (s) yox, xalqın özü üçün faydalıdır. Çünki Quranın bir ayəsində belə buyurulur: "Mənim mükafatım yalnız Allaha aiddir.” Bəli, Əhli-beyti sevib, onlara itaət edənlər Allaha və Peyğəmbərə (s) itaət edirlər.
Quran zikrdir (yəni xatırlatmadır). Çünki Quran ilahi ayələri, nemətləri və sifətləri, keçmişi və gələcəyi, süqut və izzət amillərini, qiyamət səhnələrini, varlıq aləminin əzəmətini, tarix yaradan şəxsiyyətlərin həyatını xatırladır.
Quran maarifi və onun hökmləri öyrəniləsi və yadda saxlanılası bir həqiqətdir. Çünki "Zikr” dedikdə zehndə hazır olan və yaddan çıxarılmayan elm və mərifət nəzərdə tutulur.
Bildirişlər
1. Təbliğatçılar da peyğəmbərlər kimi xalqdan nəsə ummamalıdırlar.
2. Əvəz və mükafat almaq yox, onu istəmək pisdir.
3. Quran maarifi fitridir və bütün xalq ondan bəhrələnə bilir. İnsan bir şeyi bildiyi, amma unutduğu halda zikrin yeri var.
4. Peyğəmbərlərin işi xatırlatmaq və fitrətləri oyatmaqdır.
5. İslam Peyğəmbərinin (s) risaləti ümumbəşəri.
6. Xalqın bir dəstəsinin, hətta əksəriyyətinin eyni bir vaxtda və məkanda iman gətirməməsi dini təbliğatçını məyus etməməlidir. Əgər bir məntəqədə insanlar iman gətirmədilərsə, başqa bir məntəqədə təbliğ olunmalıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.