Yusif surəsi - Ayə: 102

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 102
Bu (hekayət), sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir və sən onlar (Yusufun qardaşları) öz işləri barəsində qərara gəldikləri və (onu həyata keçirmək üçün) hiylə qurduqları zaman onların yanında deyildin.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 102. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 102 MÖHSÜN QƏRAƏTİ.

"(Ey peyğəmbər,) bu (əhvalat) sənə vəhy etdiyimiz qeybi xəbərlərdəndir. Onlar öz işlərində müttəfiq olanda və hiylə Quranda sən onların yanında deyildin.”
Bildirişlər
1. Peyğəmbərlər vəhy vasitəsi ilə qeyblə tanış olurlar.
2. Peyğəmbərlər bütün qeybi xəbərləri bilmirlər.
3. Allah istəməyən halda nə xalqın qərarının, nə onların icmasının, nə də qurğularının təsiri yoxdur.
4. Ardıcıl və əlaqəli hadisələrdə əsas və başlanğıc nöqtəni nəzərdən qaçırmayın. Yusifin əhvalatının mehvəri onu aradan götürmək qurğusu idi.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.