Yunus surəsi · 99-cu ayə

Və əgər sənin Rəbbin (yaradılış iradəsi ilə) istəsəydi, yer üzündə olanların hamısı mütləq bütünlüklə məcburi surətdə iman gətirərdilər. (Lakin Allah məcburiyyət olmadan iman gətirilməsini buyurmuşdur.) Yoxsa sən camaatı zorla mömin olmağa məcbur edəcəksən?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 99
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər Rəbbin istəsəydi, yer üzünün bütün əhli (məcburi şəkildə) birdəfəyə iman gətirərdi. (Amma qanun budur ki, azad şəkildə iman gətirilsin.) Sən xalqı iman gətirməyə məcburmu edirsən?!”
Nöqtələr
Allah-təala həm qüdrət, həm də hikmət sahibidir: O elə bir məqamda qüdrətindən istifadə edir ki, bu rəftar hikmətə zidd olmasın. İlahi hikmətə əsasən xalq azad olmalı, məcburi surətdə iman gətirməməlidir. Müşriklər isə deyirdilər: "Allah istəsəydi biz müşrik olmazdıq. Demək, bizim şirkimiz Allahın istəyidir...
Bu ayə müşriklərin uyğun iradına cavab ola bilər. Əgər Allah məcburi iş görürsə, nə üçün imana yox, şirkə məcbur etməlidir?!
Bildirişlər
1. İman məcburiyyət yox, seçim əsasında əldə olunmalıdır.
2. Peyğəmbər öz canıyananlığı səbəbindən xalqın iman gətirməsini israr edirdi.

Tez-tez Verilən Suallar

Yunus surəsi 99-cu ayə haqqında suallar və cavablar

Yunus surəsinin 99-cu ayəsi nə haqqındadır?
Və əgər sənin Rəbbin (yaradılış iradəsi ilə) istəsəydi, yer üzündə olanların hamısı mütləq bütünlüklə məcburi surətdə iman gətirərdilər. (Lakin Allah məcburiyyət olmadan iman gətirilməsini buyurmuşdur.) Yoxsa sən camaatı zorla mömin olmağa məcbur edəcəksən?!
Yunus surəsi 99-cu ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 99-cu ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 99-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 99-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 99-cu ayənin təfsiri nədir?
"Əgər Rəbbin istəsəydi, yer üzünün bütün əhli (məcburi şəkildə) birdəfəyə iman gətirərdi. (Amma qanun budur ki, azad şəkildə iman gətirilsin.) Sən xalqı iman gətirməyə məcburmu edirsən?!” Nöqtələr Allah-təala həm qüdrət, həm də hikmət sahibidir: O elə bir məqamda qüdrətindən istifadə edir ki, bu rəftar hikmətə zidd olmasın. İlahi hikmətə əsasən xalq azad olmalı, məcburi surətdə iman gətirməməlidir. Müşriklər isə deyirdilər: "Allah istəsəydi biz müşrik olmazdıq. Demək, bizim şirkimiz Allahın istə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.