Yunus surəsi · 98-ci ayə

Bəs nə üçün Yunusun qövmündən başqa heç bir toplum olmadı ki, (vaxtı keçəndən sonra) iman gətirsin və imanı (ona) fayda versin? Elə ki, onlar (Yunusun qövmü) iman gətirdilər, rüsvayedici və alçaldıcı əzabı dünya həyatında onlardan götürdük və onları müəyyən bir müddətə qədər (həyat nemətindən) bəhrələndirdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 98
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Nə üçün heç bir şəhər əhli (vaxtında) iman gətirmir ki, (imanı ona) fayda versin?! Yalnız Yunusun qövmü istisnadır. (Son fürsətdə iman gətirdikləri vaxt) biz zəliledici əzabı dünya həyatında onlardan uzaqlaşdırdıq və Bir müddət onlara bəhrə verdik.”
Nöqtələr
Bu surədə həzrət Nuh və Musanın tarixi ətraflı şəkildə, Yunus qövmünün tövbəsi isə qismən bəyan olunsa da, surə "Yunus” adlandırılmışdır. Bunun səbəbi Yunus qövmünün son fürsətdə tövbə etməsi və bu tövbənin Allah tərəfindən qəbul edilməsinin əhəmiyyəti ola bilər.
İmam Sadiq (ə) buyurmuşdur: "Həzrət Yunus otuz yaşından altmış üç yaşınadək təbliğ etdi. Bu müddət ərzində ona yalnız iki nəfər iman gətirdi. Həzrət Yunus xalqa nifrin etdi və onlardan uzaqlaşdı. Ona iman gətirən iki nəfərdən biri müdrik adam idi. O, peyğəmbərin xalqı tərk etdiyini görüb uca səslə fəryad çəkdi. Bu fəryad qarşıdakı təhlükədən danışırdı. Xalq peşman olub həmin möminin bələdçiliyi ilə şəhərdən çıxdı. Övladlarından ayrılmış bu insanlar Allah dərgahına üz tutub tövbə etdilər. Həzrət Yunus geri döndükdə həmin qövmü həlak olmamış gördü. Sonradan bunun səbəbi peyğəmbərə aydınlaşdırıldı. 
Bildirişlər
1. İnsan uçurum kənarında da özünü qoruya bilər.
2. Vaxtında qılınan tövbə ilahi əzabı aradan qaldırır. (Keçmiş qövmlər arasından yalnız həzrət Yunusun qövmü vaxtında tövbə qılıb, iman gətirmişdir.)
3. Xalqın taleyi onun öz əlindədir.
4. Dünya xoşbəxtliyinin dünya rəmzi də imandır.
5. Dua və yalvarış həm bəlanı aradan qaldırır, həm də ləzzət verir.

Tez-tez Verilən Suallar

Yunus surəsi 98-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 98-ci ayəsi nə haqqındadır?
Bəs nə üçün Yunusun qövmündən başqa heç bir toplum olmadı ki, (vaxtı keçəndən sonra) iman gətirsin və imanı (ona) fayda versin? Elə ki, onlar (Yunusun qövmü) iman gətirdilər, rüsvayedici və alçaldıcı əzabı dünya həyatında onlardan götürdük və onları müəyyən bir müddətə qədər (həyat nemətindən) bəhrələndirdik.
Yunus surəsi 98-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 98-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 98-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 98-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 98-ci ayənin təfsiri nədir?
"Nə üçün heç bir şəhər əhli (vaxtında) iman gətirmir ki, (imanı ona) fayda versin?! Yalnız Yunusun qövmü istisnadır. (Son fürsətdə iman gətirdikləri vaxt) biz zəliledici əzabı dünya həyatında onlardan uzaqlaşdırdıq və Bir müddət onlara bəhrə verdik.” Nöqtələr Bu surədə həzrət Nuh və Musanın tarixi ətraflı şəkildə, Yunus qövmünün tövbəsi isə qismən bəyan olunsa da, surə "Yunus” adlandırılmışdır. Bunun səbəbi Yunus qövmünün son fürsətdə tövbə etməsi və bu tövbənin Allah tərəfindən qəbul edilməsini...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.