Yunus surəsi · 95-ci ayə

Və əsla Allahın ayələrini təkzib edənlərdən olma ki, ziyana uğrayanlardan olarsan.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 95
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Heç vaxt ilahi ayələri təkzib edənlərdən olma. O halda ziyankarlardan olacaqsan.”
Nöqtələr
Ötən ayədə Qurana şəkk, bu ayədə isə ayələrin təkzibi qadağan olundu. Çox olsun ki, şəkk aradan qalxmasa təkziblə nəticələnər.
Ötən ayədə şəklə bağlı bəyan olunan bütün təhlillər və cavablar bu ayədə də nəzərdən keçirilir. Çünki təkzib şəkdən də pisdir. Bir çox ayə və hədislər Peyğəmbərin (s) uyğun həqiqətlərə yəqinliyindən danışır. Demək, ayələr Peyğəmbərə (s) yox, xalqa ünvanlanmışdır. Bir şəxsin inamından ətrafdakılar güc alırsa, necə ola bilər ki, həmin şəxs özü şəkk və ya təkzibə düçar olsun?!
Peyğəmbərin (s) məsum olmasına baxmayaraq, dəfələrlə Quranda ona xitabən xəbərdarlıq olunur. Bu yolla xalq qəflətdən oyadılır, onların diqqəti öz əməllərinin hesabına yönəldilir. 
Bildirişlər
1. Allah-təala Öz peyğəmbərinə də xəbərdarlıq edir.
2. İman və ilahi rəhbərlik sərmayəsinin əldən verilməsi ciddi ziyandır.

Tez-tez Verilən Suallar

Yunus surəsi 95-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 95-ci ayəsi nə haqqındadır?
Və əsla Allahın ayələrini təkzib edənlərdən olma ki, ziyana uğrayanlardan olarsan.
Yunus surəsi 95-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 95-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 95-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 95-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 95-ci ayənin təfsiri nədir?
"Heç vaxt ilahi ayələri təkzib edənlərdən olma. O halda ziyankarlardan olacaqsan.” Nöqtələr Ötən ayədə Qurana şəkk, bu ayədə isə ayələrin təkzibi qadağan olundu. Çox olsun ki, şəkk aradan qalxmasa təkziblə nəticələnər. Ötən ayədə şəklə bağlı bəyan olunan bütün təhlillər və cavablar bu ayədə də nəzərdən keçirilir. Çünki təkzib şəkdən də pisdir. Bir çox ayə və hədislər Peyğəmbərin (s) uyğun həqiqətlərə yəqinliyindən danışır. Demək, ayələr Peyğəmbərə (s) yox, xalqa ünvanlanmışdır. Bir şəxsin inamın...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.