Yunus surəsi · 70-cu ayə

(Onların bu iftiradan qazancları) dünyada bir az bəhrələnməkdir. Sonra isə onların qayıdışı Bizə tərəfdir. Onda onlara küfr etdikləri şeyin cəzası olaraq şiddətli əzab daddıracağıq

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 70
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onların dünyada bəhrələri azdır. Sonra Bizə doğru qayıdarlar. Həmin vaxt küfrlərinin cəzası olaraq onlara ağır əzabı daddırarıq.”
Nöqtələr
"Mətaun”, "mutə” dedikdə qısa bir müddət bəhrələnmə nəzərdə tutulur. İnsan dünya nemətlərindən qısa bir müddət bəhrələndiyi üçün Quran dünya işlərinə münasibətdə "mətaun” sözünü işlətmişdir.
Sual: Əgər iftira yaxanlar nicat tapmırsa, nə üçün maddi dünyada rifah içində yaşayırlar?
Cavab: Bu rifah və firavanlıq müvəqqətidir. Onların əsil cəzaları Allaha doğru qayıtdıqları vaxt, axirət həyatındadır.
Bildirişlər
1. Şəfaət ümidi ilə insanı Allahın oğlu sayanlar məqsədlərinə çatmırlar.
2. Yalançı nicat tapmır.
3. Əgər müvəqqəti ləzzətin ardınca daimi əzab gəlirsə, bu ləzzət heç nəyə dəyməz.
4. Dünya ləzzətləri ötəridir.
5. Məadın xatırlanması insanı çaşqınlıq və günahdan uzaqlaşdıran amillərdəndir.
6. Müxtəlif bidətlər, təhriflər, rəy əsasında təfsirlər, Allaha övlad aid edilməsi ilə Allaha iftira yaxmaq küfrdür.

Tez-tez Verilən Suallar

Yunus surəsi 70-cu ayə haqqında suallar və cavablar

Yunus surəsinin 70-cu ayəsi nə haqqındadır?
(Onların bu iftiradan qazancları) dünyada bir az bəhrələnməkdir. Sonra isə onların qayıdışı Bizə tərəfdir. Onda onlara küfr etdikləri şeyin cəzası olaraq şiddətli əzab daddıracağıq
Yunus surəsi 70-cu ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 70-cu ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 70-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 70-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 70-cu ayənin təfsiri nədir?
"Onların dünyada bəhrələri azdır. Sonra Bizə doğru qayıdarlar. Həmin vaxt küfrlərinin cəzası olaraq onlara ağır əzabı daddırarıq.” Nöqtələr "Mətaun”, "mutə” dedikdə qısa bir müddət bəhrələnmə nəzərdə tutulur. İnsan dünya nemətlərindən qısa bir müddət bəhrələndiyi üçün Quran dünya işlərinə münasibətdə "mətaun” sözünü işlətmişdir. Sual: Əgər iftira yaxanlar nicat tapmırsa, nə üçün maddi dünyada rifah içində yaşayırlar? Cavab: Bu rifah və firavanlıq müvəqqətidir. Onların əsil cəzaları Allaha doğru ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.