Yunus surəsi · 66-cı ayə

Bilin ki, göylərdə olan hər bir kəsin (və hər bir şeyin) və yerdə olan hər bir kəsin (və hər bir şeyin) həqiqi sahibi Allahdır. Allahdan başqa şərikləri (bütləri) çağıran kəslər nəyə tabe olurlar? Onlar zənn və gümandan başqa bir şeyə tabe olmurlar və onlar yalnız ehtimal edir və yalan söyləyirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 66
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Agah olun! Həqiqətən, göylərdə və yerdə olan hər kəs Allahındır. Allahın əvəzinə qoşduqları şərikləri çağıranlar (onlara da) itaət etmirlər. Onlar öz gümanlarından başqa bir şeyə itaət etmirlər. Onlar yalnız yalan danışanlardır.”
Nöqtələr
"Çağırırlar...” cümləsi sual, "itaət etmirlər” cümləsi cavab ola bilər. Yəni uydurduqları şəriklərin ardınca gedənlər nəyə itaət edirlər? Onlar öz gümanlarından başqa bir şeyə itaət etmirlər. Cümlədən belə də anlaşıla bilər ki, hətta Allaha şərik qoşulanlar da Onun mülkündədir.
Bildirişlər
1. Allahın mütləq malikiyyəti tövhid və kamil izzət dəlilidir.
2. Hər şey Allahın mülküdür. Necə ola bilər ki, mülk malikə şərik olsun?!
3. Səmalarda ağlı olan varlıqlar var.
4. Müşriklərin məntiqi, elmi əsasları yoxdur.
5. Müşriklər qoşduqları şəriklərə yox, öz xülyalarına itaət edirlər. Çünki Allahın şəriki yoxdur. Demək, onlar yalan deyirlər.

Tez-tez Verilən Suallar

Yunus surəsi 66-cı ayə haqqında suallar və cavablar

Yunus surəsinin 66-cı ayəsi nə haqqındadır?
Bilin ki, göylərdə olan hər bir kəsin (və hər bir şeyin) və yerdə olan hər bir kəsin (və hər bir şeyin) həqiqi sahibi Allahdır. Allahdan başqa şərikləri (bütləri) çağıran kəslər nəyə tabe olurlar? Onlar zənn və gümandan başqa bir şeyə tabe olmurlar və onlar yalnız ehtimal edir və yalan söyləyirlər.
Yunus surəsi 66-cı ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 66-cı ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 66-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 66-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 66-cı ayənin təfsiri nədir?
"Agah olun! Həqiqətən, göylərdə və yerdə olan hər kəs Allahındır. Allahın əvəzinə qoşduqları şərikləri çağıranlar (onlara da) itaət etmirlər. Onlar öz gümanlarından başqa bir şeyə itaət etmirlər. Onlar yalnız yalan danışanlardır.” Nöqtələr "Çağırırlar...” cümləsi sual, "itaət etmirlər” cümləsi cavab ola bilər. Yəni uydurduqları şəriklərin ardınca gedənlər nəyə itaət edirlər? Onlar öz gümanlarından başqa bir şeyə itaət etmirlər. Cümlədən belə də anlaşıla bilər ki, hətta Allaha şərik qoşulanlar da...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.