Yunus surəsi · 46-cı ayə

Və əgər onlara vəd etdiklərimizin bəzisini (onların dünyəvi cəzalarını) sənə göstərsək, yaxud sənin ruhunu (ondan qabaq) alsaq (qəm yemə, çünki onların axirət cəzalarını görəcəksən, ona görə ki,) onların dönüşü Bizə tərəfdir. Sonra Allah onların etdiklərinə şahiddir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 46
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Ey peyğəmbər,) kafirlərə vəd etdiyimiz bəzi qəhr və cəzanı ya sənə göstərərik, ya da səni dünyadan apararıq. (Səndən sonra cəzaya çatarlar.) Onların dönüşü Bizə doğrudur. Allah onların sonrakı işlərinə şahiddir.”
Nöqtələr
Bəzi kafirlər Bədr, Hüneyn, Əhzab döyüşlərində və Məkkənin fəthində cəzalandırıldılar. Həzrət Peyğəmbər (s) dünyasını dəyişəndən sonra da Allah istədiyini cəzalandırır.
Müşriklərin cəzalandırılmasının təxiri Peyğəmbərdə (s) nigarançılıq yaratmışdı, bundan əlavə, müşriklər "vəd olunmuş əzab haradadır?” deyə bəhanə gətirirdilər. (Bu barədə növbəti iki ayədə danışılacaq.)
Bu ayə Peyğəmbərə (s) və xalqa təsəlli üçün əzabın təxirə salınmasının səbəbini bəyan edir. Bildirilir ki, hamı Allaha doğru qayıdasıdır. Allah müşriklərin əməllərindən agahdır, belə isə gətirdikləri bəhanələr onları məmnun etməsin.
Həzrət Əli (ə) buyurmuşdur: "Gizlində də Allaha itaətsizlikdən çəkinin. Çünki şahid özü hakimdir.” 
Bildirişlər
1. İstər indi, istərsə də başqa vaxtlarda Allah kafirlərlə hesab çəkib onları cəzalandırır. İlahi cəzanın təxirə salınması müsəlmanları narahat etməməlidir.
2. Həzrət Peyğəmbərin (s) vəfatı Allahın kafirlər haqqındakı hökmünə təsir göstərmir.
3. Hamı Allaha doğru qayıdasıdır. Kimsə Allahın ədalət mühakiməsindən canını qurtara bilməz.
4. Allah əməllərimizə şahiddir.

Tez-tez Verilən Suallar

Yunus surəsi 46-cı ayə haqqında suallar və cavablar

Yunus surəsinin 46-cı ayəsi nə haqqındadır?
Və əgər onlara vəd etdiklərimizin bəzisini (onların dünyəvi cəzalarını) sənə göstərsək, yaxud sənin ruhunu (ondan qabaq) alsaq (qəm yemə, çünki onların axirət cəzalarını görəcəksən, ona görə ki,) onların dönüşü Bizə tərəfdir. Sonra Allah onların etdiklərinə şahiddir.
Yunus surəsi 46-cı ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 46-cı ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 46-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 46-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 46-cı ayənin təfsiri nədir?
"(Ey peyğəmbər,) kafirlərə vəd etdiyimiz bəzi qəhr və cəzanı ya sənə göstərərik, ya da səni dünyadan apararıq. (Səndən sonra cəzaya çatarlar.) Onların dönüşü Bizə doğrudur. Allah onların sonrakı işlərinə şahiddir.” Nöqtələr Bəzi kafirlər Bədr, Hüneyn, Əhzab döyüşlərində və Məkkənin fəthində cəzalandırıldılar. Həzrət Peyğəmbər (s) dünyasını dəyişəndən sonra da Allah istədiyini cəzalandırır. Müşriklərin cəzalandırılmasının təxiri Peyğəmbərdə (s) nigarançılıq yaratmışdı, bundan əlavə, müşriklər "və...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.