Yunus surəsi · 27-ci ayə

Günahlara mürtəkib olmuş kəslər (üçün), hər bir günahın cəzası (günahdan artıq deyil, ilkin əvəz kimi) onun misli (qədər)dir və onları(n bütün vücudlarını) zillət və xarlıq bürüyəcəkdir. Onları Allah(ın qəzəb və əzabın)dan əsla qoruyan olmayacaqdır. Onların üzləri sanki zülmət gecənin parçaları ilə örtülmüşdür! Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 27
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Pislik ardınca gedənlər həmin pisliklər qədərində cəzalandırılarlar. Zillət və xarlıq qubarı onları bürüyər. Allahın qəhri səbəbindən sığınacaq verənləri olmaz. Onların çöhrələri sanki qaranlıq gecə parçaları ilə örtülmüşdür. Onlar cəhənnəm əhlidirlər və orada əbədidirlər.”
Nöqtələr
İmam Baqir (ə) buyurmuşdur: "Bu ayə bidət, şübhə və şəhvət əhli haqqındadır.” 
"Ləyli muzlim” dedikdə ay işığından əsər-əlamət olmayan gecə nəzərdə tutulur. Hər ayda bir gecə bu sayaq qaranlıq olur. Əksinə, "ləyli muqmir” dedikdə, ayın işıqlandırdığı gecə başa düşülür.
"Əbəsə” surəsinin 40-42, "Ali-İmran” surəsinin 106-cı ayələrinə əsasən üzlərin gecə tək qaralmasından danışılarkən kafirlər nəzərdə tutulmuşdur.
Bildirişlər
1. İnsanlar öz iradələri ilə günah yolunu seçirlər.
2. Allah pis əməl sahibləri ilə ədalətli rəftar edir.
3. Dünya əməl, axirət əvəz məhəllidir.
4. İnsan tənbeh və cəzadan qabaq təşviq olunmalıdır.
5. Üzüqaralıq günahkar möminlərə yox, kafirlərə aiddir.
6. Cəza və tənbeh, eləcə də təhqir və üzüqaralıq qiyamətdə də var.
7. Qurtuluş və şəfaət yolu kafirlərin üzünə bağlıdır.

Tez-tez Verilən Suallar

Yunus surəsi 27-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 27-ci ayəsi nə haqqındadır?
Günahlara mürtəkib olmuş kəslər (üçün), hər bir günahın cəzası (günahdan artıq deyil, ilkin əvəz kimi) onun misli (qədər)dir və onları(n bütün vücudlarını) zillət və xarlıq bürüyəcəkdir. Onları Allah(ın qəzəb və əzabın)dan əsla qoruyan olmayacaqdır. Onların üzləri sanki zülmət gecənin parçaları ilə örtülmüşdür! Onlar o...
Yunus surəsi 27-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 27-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 27-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 27-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 27-ci ayənin təfsiri nədir?
"Pislik ardınca gedənlər həmin pisliklər qədərində cəzalandırılarlar. Zillət və xarlıq qubarı onları bürüyər. Allahın qəhri səbəbindən sığınacaq verənləri olmaz. Onların çöhrələri sanki qaranlıq gecə parçaları ilə örtülmüşdür. Onlar cəhənnəm əhlidirlər və orada əbədidirlər.” Nöqtələr İmam Baqir (ə) buyurmuşdur: "Bu ayə bidət, şübhə və şəhvət əhli haqqındadır.”  "Ləyli muzlim” dedikdə ay işığından əsər-əlamət olmayan gecə nəzərdə tutulur. Hər ayda bir gecə bu sayaq qaranlıq olur. Əksinə, "ləyli m...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.