Yunus surəsi · 10-cu ayə

Onların oradakı duaları «Allahım, Sən (Özün-Özünü bütün eyb və nöqsan sifətlərdən pak vəsf etdiyin kimi) paksan!»dır; oradakı salamları (Allah tərəfindən, mələklərlə və bir-birləri ilə salamlaşmaları) «salam»dır; və bütün dualarının sonu «həmd və səna aləmlərin Rəbbi olan Allaha məxsusdur» (deməkdir).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 10
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onların (möminlərin) behiştdəki duası "Subhanəkəllahummə”, salamlaşmaları "salam”, dualarının sonu "əlhəmdulillahi Rəbbil aləmin”dir.”
Nöqtələr
"Salam” behişt əhlinin sözüdür və bu söz orada bütün fəzanı doldurar: Allah tərəfindən salam ; mələklər tərəfindən salam ; behişt əhlinin bir-birinə salamı .
"Əlhəmdulillah” peyğəmbərlərin və övliyaların sözüdür. Həzrət Nuh zalım qövmünün əlindən xilas olduqdan sonra "əlhəmdulillah” dedi.  İbrahim də qoca yaşında Allahın ona əta etdiyi İsmail və İshaqa görə Allaha həmd oxudu.  "Əlhəmdulillah” möminlərin və behişt əhlinin sözüdür. 
Hədisdə deyilir: behişt əhli "sübhanəkəllahummə” deməklə xidmətçiləri səsləyirlər. Onlar da dərhal hazır olub behişt əhlinin istəklərini təmin edirlər. 
Hədisdə deyilir: Əgər bir bəndə Allaha həmd oxumağa məşğul olub nəsə istəməyi yaddan çıxarsa, Allah ona istəyəcəklərindən də artığını əta edər. 
Bildirişlər
1. Allah təkcə dünyada xatırlanmır, axirət də ilahi zikr yeridir.
2. İnsan elə bir məqama çata bilər ki, onun dua və istəkləri də Allah tərəfindən əziz tutular. Belə bir münasibət də mömini kama çatdırar.
3. Möminlər ilahi sifət müqabilində deyərlər: "Sübhanəkə”. Digər möminlərə isə "səlam” deyə müraciət olunar. İlahi nemətlərdən bəhrələnmə müqabilində "əlhəmdulillah” söyləyirlər.
4. Mömin Allah aşiqidir. Behişt və onun ləzzətləri də ona öz məhbubunu unutdurmur. O nəyə baxırsa Allahın lütf və qüdrətini görür.
5. Möminlərin sözü "sübhanallah” ilə başlayıb, "əlhəmdulillah” ilə başa çatır.

Tez-tez Verilən Suallar

Yunus surəsi 10-cu ayə haqqında suallar və cavablar

Yunus surəsinin 10-cu ayəsi nə haqqındadır?
Onların oradakı duaları «Allahım, Sən (Özün-Özünü bütün eyb və nöqsan sifətlərdən pak vəsf etdiyin kimi) paksan!»dır; oradakı salamları (Allah tərəfindən, mələklərlə və bir-birləri ilə salamlaşmaları) «salam»dır; və bütün dualarının sonu «həmd və səna aləmlərin Rəbbi olan Allaha məxsusdur» (deməkdir).
Yunus surəsi 10-cu ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 10-cu ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 10-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 10-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 10-cu ayənin təfsiri nədir?
"Onların (möminlərin) behiştdəki duası "Subhanəkəllahummə”, salamlaşmaları "salam”, dualarının sonu "əlhəmdulillahi Rəbbil aləmin”dir.” Nöqtələr "Salam” behişt əhlinin sözüdür və bu söz orada bütün fəzanı doldurar: Allah tərəfindən salam ; mələklər tərəfindən salam ; behişt əhlinin bir-birinə salamı . "Əlhəmdulillah” peyğəmbərlərin və övliyaların sözüdür. Həzrət Nuh zalım qövmünün əlindən xilas olduqdan sonra "əlhəmdulillah” dedi.  İbrahim də qoca yaşında Allahın ona əta etdiyi İsmail və İshaqa ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.