Yunus surəsi · 1-ci ayə

Əlif, Lam, Ra. (Mən hər şeyi görən Allaham. Mənim kitabım həmin bu hərflərdən təşkil olunmuşdur, amma eyni zamanda möcüzədir. Mənim kitabımın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun peyğəmbəri Muhəmməd – səlləllahu əleyhi və alihi və səlləm – arasında rəmzlərdir.) Bu surə hikmət öyrədən kitabın ayələridir. (Qur’anın, ya Lövhi-Məhfuzun ayələridir ki, elmlərə, şər’i hökmlərə və əqli bilgilərə malikdir.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 1
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əlif, Lam, Ra. Budur möhkəm və hikmətli kitabın ayələri.”
Nöqtələr
Quranın altı surəsi ardıcıl şəkildə "Əlif, Lam, Ra” müqəttəə hərfləri ilə başlayır: "Yunus”, "Hud”, "Yusuf”, "Rəd”, "İbrahim”, "Hicr”, "Rəd” surəsi "Əlif, Lam, Mim, Ra” müqəttəə hərfləri ilə başlamışdır.
İmam Sadiq (ə) "Əlif, Lam, Ra” müqəttəə hərfləri haqqında buyurmuşdur: "Əlif” "Ənə”, "Lam” "Əllah”, "Ra”, "Rəuf” rəmzidir.”  Digər rəvayətlərdə bildirilir ki, bu hərflər Quranın mütəşabeh
Nöqtələr
indəndir. 
Bildirişlər
1. Quranın uca məqamı var. "Tilkə” uzağı bildirən işarə əvəzliyidir.
2. Quran "həkim” kitabdır. O həm "həkəm”–hakimdir, həm hikmətli mətləblərə malikdir, həm də sabit məzmunludur. (Tarix, zaman və düşmən Qurana zərbə vura bilmir.)

Tez-tez Verilən Suallar

Yunus surəsi 1-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 1-ci ayəsi nə haqqındadır?
Əlif, Lam, Ra. (Mən hər şeyi görən Allaham. Mənim kitabım həmin bu hərflərdən təşkil olunmuşdur, amma eyni zamanda möcüzədir. Mənim kitabımın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun peyğəmbəri Muhəmməd – səlləllahu əleyhi və alihi və səlləm – arasında rəmzlərdir.) Bu surə hikmət öyrədən k...
Yunus surəsi 1-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 1-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 1-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 1-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 1-ci ayənin təfsiri nədir?
"Əlif, Lam, Ra. Budur möhkəm və hikmətli kitabın ayələri.” Nöqtələr Quranın altı surəsi ardıcıl şəkildə "Əlif, Lam, Ra” müqəttəə hərfləri ilə başlayır: "Yunus”, "Hud”, "Yusuf”, "Rəd”, "İbrahim”, "Hicr”, "Rəd” surəsi "Əlif, Lam, Mim, Ra” müqəttəə hərfləri ilə başlamışdır. İmam Sadiq (ə) "Əlif, Lam, Ra” müqəttəə hərfləri haqqında buyurmuşdur: "Əlif” "Ənə”, "Lam” "Əllah”, "Ra”, "Rəuf” rəmzidir.”  Digər rəvayətlərdə bildirilir ki, bu hərflər Quranın mütəşabeh Nöqtələr indəndir.  Bildirişlər 1. Quran...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.