Ət-Tövbə surəsi · 84-cü ayə

Və onlardan ölən heç bir şəxs üçün əsla namaz qılma və (barəsində dua etmək və bağışlanma diləmək üçün) qəbrinin üstündə durma. Çünki onlar Allaha və Onun Peyğəmbərinə küfr etdilər və itaətsiz halda öldülər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 84
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Münafiqlərdən heç birisinin ölüsünə namaz qılma və dua üçün qəbri üstə dayanma. Çünki onlar Allaha və Onun rəsuluna kafir oldular, azğın halda dünyadan getdilər.”
Nöqtələr
Müsəlmanlardan biri öldükdə onun dəfnində iştirak etmək, onun üçün dua edib cənazə namazı qılmaq həzrət Peyğəmbərin (s) qaydası idi. Allah-təala bu ayəni nazil etməklə, münafiq halda ölənlərin mərasimində Peyğəmbərin (s) iştirakına qadağa qoydu.
İmam Sadiq (ə) buyurmuşdur: "Həzrət Peyğəmbər (s) meyyit namazında dördüncü təkbirdən ("Allahu əkbər”-dən) sonra ölü üçün dua edərdi. Bu ayə nazil olduqdan sonra həzrət bir daha belə dua etmədi.” 
Bildirişlər
1. Münafiqlərlə mübarizə üsullarından biri mənfi mübarizə, yəni onlardan uzaqlıqdır.
2. Münafiqin ölüsünə də həqarətlə yanaşmaq lazımdır. Onların dəfnində iştirak etməyək və qəbirlərinin ziyarətinə getməyək.
3. Müxaliflərin tənbehi üçün namazdan da istifadə edək.
4. Meyit namazı və qəbir ziyarəti öləndən sonra möminə hörmət nişanəsi və bəyənilmiş işdir. Münafiqin isə belə bir hörməti yoxdur.
5. Münafiq kafir və azğındır.
6. İşin aqibəti mühümdür. Təhlükə odur ki, insan tövbə etmədən, azğın halda dünyasını dəyişsin.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 84-cü ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 84-cü ayəsi nə haqqındadır?
Və onlardan ölən heç bir şəxs üçün əsla namaz qılma və (barəsində dua etmək və bağışlanma diləmək üçün) qəbrinin üstündə durma. Çünki onlar Allaha və Onun Peyğəmbərinə küfr etdilər və itaətsiz halda öldülər.
Ət-Tövbə surəsi 84-cü ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 84-cü ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 84-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 84-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 84-cü ayənin təfsiri nədir?
"Münafiqlərdən heç birisinin ölüsünə namaz qılma və dua üçün qəbri üstə dayanma. Çünki onlar Allaha və Onun rəsuluna kafir oldular, azğın halda dünyadan getdilər.” Nöqtələr Müsəlmanlardan biri öldükdə onun dəfnində iştirak etmək, onun üçün dua edib cənazə namazı qılmaq həzrət Peyğəmbərin (s) qaydası idi. Allah-təala bu ayəni nazil etməklə, münafiq halda ölənlərin mərasimində Peyğəmbərin (s) iştirakına qadağa qoydu. İmam Sadiq (ə) buyurmuşdur: "Həzrət Peyğəmbər (s) meyyit namazında dördüncü təkbi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.