"(Cihad yolunda) xərcləmək üçün bir şeyi olmayan zəiflərə, xəstələrə və əliboşlara irad yoxdur. Bir şərtlə ki, Allahın və Onun rəsulunun xeyirxahı olsunlar. Xeyir əməl sahibləri üçün bir qınaq yoxdur və Allah bağışlayan və mehribandır.”
Kor bir qoca Peyğəmbərin (s) yanına gəlib ərz etdi: "Əlimdən tutub məni cəbhəyə aparacaq bir kəsim yoxdur, zəif və qocayam. Mənim üzrüm qəbuldurmu?!” Həzrət Peyğəmbər (s) susdu. Nəhayət, bu ayə nazil oldu.
Əhsən İslam aşiqlərinə ki, qocalıq və korluqlarına baxmayaraq vicdanları rəhatlaşmır və cihadla bağlı Peyğəmbərə (s) sual verirlər!
Bəzi ailələrin ehtiyacını yalnız evin kişisi təmin edir və o, cəbhəyə getdikdə ailə aclıq çəkir. Ola bilsin ki, yoxsulluq deyərkən belə bir hal nəzərdə tutulmuşdur.
İslamda güc çatmayan işlərə əmr olunmur. İslam üzrü qəbul edir və bu dində çıxılmaz vəziyyət yoxdur. İmam Sadiq (ə) buyurmuşdur: "İnsan gücü çatmayan bir işi görməyə vəzifəli deyil.” Sonra həzrət bu ayəni tilavət etmişdir.
1. İlahi vəzifələr bəşərin gücünə uyğundur. (Fiziki cəhətdən gücsüz olan zəiflər və xəstələr cihaddan, yoxsullar isə cihada maddi yardımdan azaddır)
2. Xeyirxahlıq həmişə mümkündür. Zəiflər də bir yolla himayə göstərə bilər. Hətta gözü görməyən qoca dili və qəlbi ilə duaya, döyüşçülərə xeyirxahlığa vəzifəlidir.
3. Üzürlü səbəbdən cihada getməyən, amma getmək arzusunda olan şəxs xeyirxahlardan sayılır.
4. Yetərli üzrü olan və heç bir ziyan vurmayanlar məzəmmət olunmur və cərimə ödəmirlər. (İslam fiqhinə əsasən, yalnız öz işində məsuliyyətsizliyə yol vermiş işçi cərimə oluna bilər.)