NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 89
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allah onlar üçün altından çaylar axan bağlar hazırlamışdır və orada əbədi qalarlar. Bu, həmin böyük qurtuluşdur.”
Bildirişlər
1. Mücahidlərin mükafatı öncədən hazırlanmışdır.
2. Behişt yaradılmışdır və indi də mövcuddur.
3. Təbii meyl və istəklərdən inkişaf və hidayət yolunda istifadə edək. (İnsan təbii şəkildə səfalı guşə istəyindədir)
4. İlahi rəhmət behiştində daimi yaşayış əsl səadətdir.