Ət-Tövbə surəsi - Ayə: 88

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 88
Lakin Allahın Peyğəmbəri və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlardır (iki aləmin) yaxşılıqların(ın) sahibləri və onlardır nicat tapanlar!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 88. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 88 MÖHSÜN QƏRAƏTİ.

"Amma peyğəmbər və onunla birlikdə olan möminlər öz malları və canları ilə cihad etdilər. Onlardır bütün xeyir və yaxşılığa sahib olanlar, onlardır nicat tapanlar.”
Bildirişlər
1. Münafiqlərin və rahattələblərin döyüşdə iştirak etməməsinə görə narahat olmayaq.
2. Münafiqlər elə düşünürlər ki, onlar cihadda iştirak etməsə, İslam köməksiz qalacaq.
3. Rəhbər döyüşçülərdən öndədir.
4. Peyğəmbərə iman azdır, onun yanında olmaq lazımdır.
5. Cihad hərtərəfli olmalıdır.
6. Yalnız iman və cihad sayəsində nicat tapmaq olar.
7. Döyüş və cihad döyüşçülərə ilahi xeyir və bərəkət nazil olması ilə nəticələnir.
8. Mücahidlər qalib də gəlsələr, zahirən məğlub da olsalar, nicat tapmışlar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.