Ət-Tövbə surəsi - Ayə: 45

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 45
(Cihaddan yayınmaq üçün) səndən yalnız Allaha və axirət gününə imanları olmayan və qəlbləri şəkk və tərəddüdə düşən kəslər izn istəyərlər. Onlar həmişə öz şəkk və tərəddüdlərində sərgərdandırlar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 45. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 45 MÖHSÜN QƏRAƏTİ.

"Yalnız Allah və qiyamət gününə iman gətirməyənlər, qəlblərində tərəddüd olanlar səndən (cəbhəyə getməmək üçün) icazə alırlar. Onlar öz şəkk-şübhələrində vurnuxurlar.”
Nöqtələr
Həzrət Əli (ə) buyurmuşdur: "Şəkk-şübhə içində qalan kəsi şeytanlar ayaq altına alırlar.” 
Bildirişlər
1. Döyüş inam və etiqadların sınağı üçün bir meydandır.
2. Münafiqlər məqsədə imansız olduqlarından daim bəhanə axtarır, cəbhədən uzaqlaşmaq istəyirlər.
3. İnsanın cəbhədə iştirak edib-etməməsi onun imanlı olub-olmmasından asılıdır.
4. Tərəddüddən də pisi şəkk-şübhə üzərində dayanmaqdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.