Ət-Tövbə surəsi - Ayə: 33

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 33
Öz Peyğəmbərini müşriklərə xoş gəlməsə belə, hidayət (vasitələri) və haqq din ilə bütün dinlərə qalib etmək üçün göndərən Odur.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 33. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 33 MÖHSÜN QƏRAƏTİ.

"(Allah) O kəsdir ki, Öz peyğəmbərini müşriklərin narahatçılığına baxmayaraq bütün dinlərə qalib gəlmək üçün hidayət və haqq dinlə göndərdi.”
Nöqtələr
Bu ayə "Fəth” (ayə 28) və "Səff” (ayə 9) surələrində də zikr olunmuşdur.
İslam məntiq baxımından həmişə qalib olsa da, bu ayə İslamın bütün dünyaya real hakimiyyətini vəd edir. Çünki digər ayələrdə də "Zəhərə” sözü istila mənasında işlədilmişdir. 
Bu vəd hələlik həyata keçməsə də, Allahın vədi qətidir və bir çox rəvayətlərdə bildirildiyi kimi, həzrət Mehdinin (ə) zühuru ilə həyata keçəsidir.
Həzrət Mehdinin (ə) qiyamı bir çox şiə və sünni mənbələrində nəql olunmuş həqiqətdir. Bu həqiqət müsəlmanların prinsipial etiqadlarındandır. Amma bəziləri, o cümlədən vəhhabilər bu əqidənin şiələr tərəfindən uydurulduğunu iddia edirlər. 
İmam Baqir (ə) buyurmuşdur: "Bir dövr gələcək ki, həzrət Məhəmmədin (s) risalətini etiraf edənlərdən savay kimsə qalmayacaq.” 
Bütün yer üzünü bürüyəcək dini hakimiyyətlə bağlı hədislər çoxdur. Həzrət Əli (ə) buyurur ki, əsrin imamının (ə) zühuru zamanı İslamın daxil olmadığı bir ev, bir şəhər qalmayacaq. Bütün məntəqələrdə sübh və axşam azan sədası ucalacaq.” 
Bildirişlər
1. İslam dini haqq üzərində qurulmuşdur. (Digər səmavi dinlər təhrif səbəbindən bu səciyyəni itirmişdir.)
2. Haqq batilə qalibdir.
3. Öz istək və hərəkətlərimizi Allahın iradəsi ilə uyğunlaşdıraq. Əks-təqdirdə məhv olasıyıq.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.