Ət-Tövbə surəsi - Ayə: 26

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 26
Sonra Allah Öz Peyğəmbərinə və möminlərə Öz xatircəmliyini (məxsus vaxtlarda Öz dostlarının qəlbinə nazil etdiyi qəlb rahatlığını) nazil etdi, sizin görmədiyiniz qoşunları göndərdi və küfr edənlərə əzab verdi. Budur kafirlərin cəzası!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 26. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 26 MÖHSÜN QƏRAƏTİ.

"Sonra Allah Öz peyğəmbərinə və möminlərə aramlıq nazil etdi. Görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirləri əzaba saldı. Bu, kafirlərin cəzasıdır.”
Nöqtələr
Qurani-kərimdə "Səkinə” sözü altı yerdə işlədilmişdir. Bunlardan beşi döyüşlə bağlı ayələrə təsadüf edir.
Hüneyn döyüşündə Allah möminlərə dörd şeyi lütf buyurdu: "Səkinə (aramlıq), görünməyən döyüşçülər, kafirlərə qəzəb, fərarilərin tövbəsinin qəbulu. (Növbəti ayədə bu nöqtəyə toxunulacaq.)
Bəzi kafir əsirlər müsəlmanlardan soruşurdular: "Bizi öldürən ağ libaslılar haradadır?” Onlar kafirlərin gözünə ağ libasda görünən mələkləri nəzərdə tuturdular.
Bildirişlər
1. Döyüşçülərin cəbhədə büdrəməsi qeybi yardımların kəsilməsinə səbəb olmur.
2. Qeybi yardımlar müsəlmanların qələbə rəmzidir.
3. Yaxşı əhval-ruhiyyə, imandan doğan arxayınlıq döyüşdə qələbənin əsas səbəblərindəndir.
4. Aramlıq və arxayınlıq həm rəhbərə, həm də onun ardıcıllarına lazımdır. Peyğəmbəri narahat edən ətrafdakıların qaçması, xalqı narahat edən isə qorxu hissi idi.
5. Möminlərdəki ruhi aramlıq Allah tərəfindən idi. 
6. Döyüşdə möminlərə yardım üçün mələklərin iştirakı Qurandan doğan bir əqidədir.
7. Öldürülmək yaranış və məada imanı olan insan üçün iftixar, kafirlər üçün isə əzabdır.
8. Bütün kafirlərin aqibəti məğlubiyyət və zillətdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.